Florensiyada binanın istinad divarının çökməsi nəticəsində 3 nəfər ölüb
Roma, 16 fevral, AZƏRTAC
İtaliyanın Florensiya şəhərində yeni inşa edilən supermarket binasının istinad divarının çökməsi nəticəsində üç işçi həlak olub.
AZƏRTAC xəbər verir ki, hadisə baş verən zaman tikinti sahəsində ümumilikdə 8 nəfərin olduğu, onlardan ikisinin yaralandığı, üç nəfərin uçqun altında qaldığı bildirilib. Mülki müdafiə qüvvələri hazırda axtarış-xilasetmə işlərini davam etdirir.
İtaliyanın Baş naziri Ciorcia Meloni hadisədən kədərləndiyini deyib, faciə nəticəsində həlak olanların ailələrinə hökumət adından başsağlığı verib. O, axtarış-xilasetmə əməliyyatlarında iştirak edənlərə təşəkkürünü bildirib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [20:58]