Fond: Ölkədə indiyədək 73,4 min vətəndaş 5,4 milyard manat məbləğində ipoteka kreditindən faydalanıb
Bakı, 24 iyul, AZƏRTAC
Hazırda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) aktivləri 4,2 milyard manat, məcmu kapitalı isə 1,4 milyard manat təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu barədə fondun baş meneceri Rasim Abdullayev "İqtisadi mövzularda yazan jurnalistlər üçün Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyət istiqamətləri üzrə tətbiq edilən mexanizmlərə dair təlim”də deyib.
O bildirib ki, 2005-ci ildən etibarən fond bütün illəri mənfəətlə başa vurub, bu günə ümumi mənfəəti 201 milyon manat təşkil edir: “Dövriyyədə olan istiqrazların həcmi 2,7 milyard manatdır. 2009-cu ildən bu günədək 1,2 milyard manatdan çox istiqrazlar üzrə öhdəliklər yerinə yetirilib, fond tərəfindən istiqraz sahiblərinə 389,4 milyon manat məbləğində faiz ödənişləri həyata keçirilib. Ölkə üzrə 73,4 min vətəndaş 5,4 milyard manat məbləğində ipoteka kreditindən faydalanıb”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]