“Forbes” 10 ən varlı ərəb biznesmenin adını açıqlayıb
Qahirə, 8 aprel, AZƏRTAC
“Forbes” jurnalı 2021-ci ildə dünyanın 10 ən varlı ərəb biznesmenin adını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, siyahıya “Adidas” idman geyimləri və avadanlıqları istehsal edən şirkətin səhmlərinin payçısı, habelə ABŞ-ın Texas və Ayova ştatlarında fabriklərə sahib olan misirli biznesmen Nassif Saviris başçılıq edir. Onun 8,3 milyard dollar sərvəti var. Nassifin qardaşı Macuib Saviris 3,2 milyard dollar sərvətlə 4-cü yeri tutur.
İkinci ən varlı ərəb biznesmeni əlcəzairli İssad Rebrab (4,8 milyard dollar), üçüncü isə Birləşmiş Ərəb Əmirliklərinin iş adamı Məcid əl-Futtaimdir (3,6 milyard dollar). Siyahıda Qətər, Oman və Livan mənşəli biznesmenlər də yer alıb.
Qlobal miqyasda isə “Forbes” Ceff Bezosu dördüncü dəfə ard-arda dünyanın ən varlı adamı elan edib. Onun sərvəti 177 milyard dollara çatıb. Dünyanın ikinci ən varlı biznesmeni isə 151 milyard dollar sərvəti ilə İlon Mask olub.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [20:58]