Formula 1 Avstriya Qran-Prisi nəzərdə tutulan vaxtda keçirilə bilər
Bakı, 12 aprel, AZƏRTAC
Formula 1 Avstriya Qran-Prisi nəzərdə tutulan vaxtda - iyulun 5-də keçirilə bilər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri Avstriyanın idman naziri Verner Koqler deyib.
V.Koqler bildirib ki, yarışı Formula 1 təqvimində nəzərdə tutulan vaxtda təşkil etməyə şansımız böyükdür. Təşkilatçılar bütün önləyici tədbirləri həyata keçirməlidirlər. Yürüşün azarkeşsiz keçirilməsi də müzakirə mövzusudur.
Qeyd edək ki, koronavirus pandemiyasına görə Formula 1 üzrə dünya çempionatının yeni mövsümünə start verilməyib. Belə ki, Avstraliya və Monako Qran-Priləri ləğv olunub. Vyetnam, Bəhreyn, Çin, Niderland, İspaniya, Azərbaycan və Kanada mərhələləri qeyri-müəyyən vaxta təxirə salınıb. Fransa Qran-Prisinin təşkili isə sual altındadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]