İDMAN
Formula 1 Azərbaycan Qran-Prisində sıralama turunun qalibi bəlli olub
Bakı, 14 sentyabr, AZƏRTAC
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində sıralama turu başa çatıb.
AZƏRTAC xəbər verir ki, yarışda 10 komanda mübarizə aparıb. Ən yaxşı nəticəyə "Ferrari"nin monakolu pilotu Şarl Lekler imza atıb.
"McLaren"in avstraliyalı sürücüsü Oskar Piastri ikinci, "Ferrari"nin digər üzvü ispaniyalı Karlos Sayns üçüncü olub.
Bu gün təşkil olunan üçüncü sərbəst yürüşdə "Mercedes"in britaniyalı pilotu Corc Rassell, ötən gün keçirilmiş birinci sərbəst yürüşdə “Red Bull” komandasının niderlandlı sürücüsü Maks Ferstappen, ikinci sərbəst yürüşdə isə "Ferrari"də çıxış edən monakolu Şarl Lekler birinci olublar.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.10.2024 [17:59]
Məsut Özilin Azərbaycana səfərinin səbəbi bəlli olub
- 11.10.2024 [17:30]
Məsut Özil "Qarabağ"ın qonağı olub, komandanın açıq məşqini izləyib
- 11.10.2024 [16:59]
“Çelsi”nin yarımmüdafiəçisi sentyabr ayının ən yaxşı oyunçusu seçilib
- 11.10.2024 [16:10]
Azərbaycan Milli Antidopinq Agentliyi beynəlxalq işçi qrupuna dəvət alıb
- 11.10.2024 [15:53]
Misli Premyer Liqasında daha üç turun oyun cədvəli məlum olub
- 11.10.2024 [15:42]