Formula 1: İkinci sərbəst yürüşdə “Red Bull Racing” komandasının pilotları fərqləniblər
Bakı, 27 aprel, AZƏRTAC
Formula 1 Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşündə “Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo birinci olub.
AZƏRTAC xəbər verir ki, pilot 1 dəqiqə 42,795 saniyəlik nəticə ilə bütün rəqiblərini qabaqlayıb. “Ferrari” komandasının sürücüsü Kimi Raykonnen ikinci yeri tutub. “Red Bull Racing”in digər pilotu Maks Ferstappen isə yarışı üçüncü pillədə başa vurub.