“Formula-1 Şəhərciyi”ndə ilk avtoqraf sessiyası təşkil olunub
Bakı, 16 iyun, AZƏRTAC
İyunun 16-da Avropa Qran-prisinin “Formula-1 Şəhərciyi”ndə idmansevərlər azarkeşi olduqları pilotlarla görüşərək onlardan avtoqraflar alıblar.
AZƏRTAC xəbər verir ki, fanatlar avtoqraf sessiyasının ilk günündə “Ferrari”, “Mercedes”, “Red Bull Racing” və “Toro Rosso Ferrari” komandalarının pilotları ilə görüşüblər.
İyunun 17-də “Haas F1 Team”, “McLaren”, bir gün sonra “Renault”, “Force India”, iyunun 19-da isə “Manor”, “Williams” və “Sauber” komandalarının pilotları ilə avtoqraf sessiyaları təşkil olunacaq.