Formula 1 üzrə virtual “Əfsanələr yürüşü” adlı yarışın qalibləri müəyyənləşib
Bakı, 13 aprel, AZƏRTAC
“The Race” portalının təşkilatçılığı ilə Formula 1 üzrə virtual “Əfsanələr yürüşü” adlı yarış keçirilib.
AZƏRTAC xəbər verir ki, iki hissədən ibarət yarışın birincisi klassik formatda təşkil olunub. Yarışın qalibi 2009-cu ildə Formula 1 üzrə dünya çempionu Censon Batton olub.
İkinci yarışda isə bolidlərin start düzülüşü ilk yürüşdən fərqli olaraq - geridən önə doğru olub. Bu yürüşdə isə sabiq Formula 1 pilotu Emmanuel Pirro birinci pillədə qərarlaşıb.
Qeyd edək ki, koronavirus pandemiyasına görə, avtoidman yarışlarının təxirə salındığı bir vaxtda virtual yürüşlər azarkeşlər tərəfindən maraqla qarşılanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]