FORTEPİANO MUSİQİSİ AXŞAMI
AZƏRTAC xəbər verir ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında fortepiano musiqisindən ibarət konsert olmuşdur.
Konsertdə pianoçuların İtaliya, Almaniya, Yunanıstan, Rusiya, Ukrayna, Belarus və Gürcüstanda keçirilən Beynəlxalq müsabiqələrinin laureatı Anya Fyodorova çıxış etmişdir. Tanınmış kiyevli pianoçunun ifasında Şuman, Ravel və Şopenin əsərləri səslənmişdir. Musiqisevərlər sənətçinin çıxışını rəğbətlə qarşılamışlar.