FÖVQƏLADƏ HALLAR NAZİRİ ABŞ SƏFİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Səfiri yeni təyinatı münasibətilə təbrik edən Kəmaləddin Heydərov Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə qalxdığını diqqətə çatdırmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin aprel ayında Amerika Birləşmiş Ştatlarının Prezidenti Corc Buşun dəvəti ilə bu ölkəyə səfərinin əlaqələrin daha da möhkəmlənməsinə səbəb olduğunu bildirən nazir, respublikamızda irimiqyaslı layihələrin gerçəkləşməsində ABŞ-ın rolunu yüksək qiymətləndirmişdir.
Xanım Ann Ders Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə geniş əməkdaşlıq etdiyini bildirərək, əlaqələrin bugünkü səviyyəsi ilə bağlı fikirlərini açıqlamış, münasibətlərin davamlı olaraq inkişaf edəcəyinə əminliyini bildirmişdir. Yeni yaradılan Fövqəladə Hallar Nazirliyinin məqsədləri, ötən müddətdə qurumun formalaşdırılması istiqamətində görülən işlərlə maraqlanan xanım Ann Ders, belə bir faktı da diqqətə çatdırmışdır ki, Amerika Birləşmiş Ştatlarında Daxili Təhlükəsizlik Nazirliyinin tərkibində fövqəladə hallarla məşğul olan agentlik fəaliyyət göstərir. Mühüm vəzifələrin öhdəsindən gəlmək üçün hər iki tərəfin təcrübəsinin öyrənilməsi faydalı ola bilər.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ötən ilin dekabr ayında yaradılan nazirliyin formalaşması istiqamətində görülən işlərlə bağlı amerikalı diplomata məlumat verən Kəmaləddin Heydərov, bu sahədə beynəlxalq təcrübənin tətbiqinə ciddi fikir verildiyini, ABŞ-ın təcrübəsinin də öyrənildiyini bildirmiş, fövqəladə hallar sahəsində yaranan problemlərin dərhal aradan qaldırılması üçün işlərin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini mühüm addım kimi qiymətləndirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [00:12]
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [23:16]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:43]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [22:24]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [21:39]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [21:35]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:48]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:35]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [20:28]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:11]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [20:00]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [19:59]
Şərurda müşavirə keçirilib
- 15.10.2026 [19:52]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:19]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:18]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [19:00]
YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH
- 15.10.2026 [18:51]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [18:49]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:43]
Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir
- 15.10.2026 [18:42]
Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:28]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [18:19]
Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb
- 15.10.2026 [18:14]
Autizmli gənclər iş təcrübələrini bölüşüblər
- 15.10.2026 [18:13]
Şərurda “PeşəFest-2026” baş tutub
- 15.10.2026 [18:10]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [18:00]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [17:32]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:29]
Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb
- 15.10.2026 [17:24]
® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti
- 15.10.2026 [17:21]
Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [17:03]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [17:02]