Fövqəladə Hallar Nazirliyi tərəfindən dezinfeksiya işləri davam etdirilir VİDEO
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycan Respublikası ərazisində koronavirusla (COVID-19) mübarizə məqsədilə ölkəmizin başçısı İlham Əliyevin göstərişi əsasında kompleks səmərəli tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu tədbirlər çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, nazirlik koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə aidiyyəti üzrə fəaliyyətini davam etdirir.
Belə ki, Operativ Qərargahın Bakı şəhəri üzrə müəyyən etdiyi obyektlərdə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən dezinfeksiya tədbirləri davam etdirilir, müxtəlif məkanlar xüsusi məhlulla dezinfeksiya edilir.
Dezinfeksiya işlərinin mütəmadi olaraq aparılması nəzərdə tutulur.