Franko Foda: “Qarabağ” ilə oyunda əks-hücumlarda fərqlənmək istəyirik
Bakı, 18 iyul, AZƏRTAC
“Lex”in “Qarabağ” ilə Bakıdakı oyununa da baxmışıq, rəqibi təhlil etmişik. “Qarabağ” irəlidə üç futbolçu ilə çıxış edir və çoxlu pressinq edir. Kadi Borges, İbrahima Vadji və Abdullah Zubir çox hərəkətlidirlər. Lakin hər bir komanda kimi onların da problemləri var. Biz müdafiədə sıxlıq yaratmağa və boş zonalardan yararlanmağa çalışacağıq. Əks-hücumlarda fərqlənmək istəyirik.
AZƏRTAC xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Ağdamın “Qarabağ” klubunun qonağı olacaq İsveçrənin “Sürix” komandasının baş məşqçisi Franko Foda Bakıda təşkil olunan mətbuat konfransında deyib.
Heyətlə bağlı problemlərin olmadığını bildirən mütəxəssis İsveçrə Super Liqasında “Yanq Boyz”a 0:4 hesabı ilə uduzduqları birinci tur matçından danışıb: “Komandada ab-hava yaxşıdır. Son qarşılaşmamızda hesab oyuna görə olmadı. Penaltini boşa verdik, hesabda önə də keçə bilərdik. Artıq həmin görüşü unutmuşuq. Tam olaraq sabahkı oyuna köklənmişik”.
Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Sürix” qarşılaşması saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də İsveçrədə olacaq. Azərbaycan təmsilçisi birinci təsnifat mərhələsində “Lex”ə səfərdə 0:1 hesabı ilə uduzsa da, evdə 5:1 hesablı qələbə sayəsində mərhələ adlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]
Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb
- 12.06.2026 [23:25]