Fransa portalında Ermənistanın mina xəritələrini Azərbaycana verməməsi barədə məqalə dərc olunub
Paris, 29 iyun, AZƏRTAC
Fransanın “Mediapart” portalında “Qarabağda minalar: Ermənistan Cenevrə konvensiyalarını pozurmu?” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə ermənilərin Qarabağda basdırdıqları 1 milyondan çox minanın xəritəsini verməməsindən və bunun əhalinin ölüm təhlükəsini xeyli dərəcədə artırmasından bəhs olunur.
Qırx dörd günlük müharibəyə toxunan müəllif üçtərəfli Bəyanatdan danışıb. Bildirib ki, həmin Bəyanata əsasən, Ermənistan mina xəritələrini Azərbaycana təhvil verməli idi.
Müəllif Ermənistan və Azərbaycan arasında 30 ilə yaxın davam edən münaqişənin həllinə məsul olan Minsk qrupunun fəaliyyətindən, aparılan danışıqlardan söz açıb.
İyunun 13-də Ağdam şəhərində yerləşdirilmiş 97 min minanın xəritəsinin verilməsinə baxmayaraq, mina təhlükəsinin hələ də davam etdiyi və bunun xüsusilə mülki əhali üçün böyük təhlükə olduğu vurğulanıb. Ermənistanın mina xəritələrini verməməsi Cenevrə və Ottava konvensiyalarının beynəlxalq normalarına görə müharibə cinayəti olduğu bildirilib.
Diqqətə çatdırılıb ki, dünyada adambaşına düşən minaların sayına görə Qarabağ ilk sıralardadır.
Müharibədən sonra 120-dən çox azərbaycanlı erməni minalarının qurbanı olub. Minaların son qurbanları isə iki jurnalist və bir nəfər icra hakimiyyəti nümayəndəsi olub.
Ottava konvensiyasının II Protokoluna görə, minaların qeydiyyatı aparılmadan, yəni, xəritəsiz yerləşdirilməsi müharibə cinayəti hesab olunur.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [13:38]
Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib
- 18.08.2026 [13:43]
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
- 17.08.2026 [17:33]