Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransa prezidenti bu ölkədəki erməni lobbisinin, ermənipərəst dairələrin tam təsiri altındadır

Fransa prezidenti bu ölkədəki erməni lobbisinin, ermənipərəst dairələrin tam təsiri altındadır

Bakı, 28 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də işğalçı Ermənistan ordusunun başladığı hərbi təxribata Azərbaycan Silahlı Qüvvələri tərəfindən layiqli cavab verildi. Otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalan ərazilərimizin rəşadətli ordumuzun əks-hücum əməliyyatları nəticəsində azad edilməsi dünyanın əksər ölkələri tərəfindən rəğbətlə qarşılandı. Çünki Azərbaycan öz ərazisində vuruşdu, beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü təmin etdi. Lakin bəzi qərəzli beynəlxalq təşkilatlar, Ermənistanın havadarları, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransanın prezidenti Emmanuel Makron bu haqq işini həzm edə bilmədi.

Bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Çingiz Qənizadə deyib ki, Dağlıq Qarabağ münaqişəsi həll edildikdən sonra Fransa, xüsusilə bu ölkənin prezidenti Makron məsələni yenidən alovlandırmağa mənasız cəhdlər göstərir. Bu ölkənin həm Azərbaycan Ordusunun əks-hücum əməliyyatları dövründə, həm də 10 noyabr Bəyanatının imzalanmasından sonra nümayiş etdirdiyi mövqe Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi tərəfsizliyinə olan şübhələri ciddi şəkildə gücləndirir.

Fransa, onun prezidenti, Milli Assambleyası və Senatı özünün əsl ermənipərəst simasını artıq açıq şəkildə ortaya qoydu. Bu vaxta qədər Minsk qrupunun pərdəsi altında gizlənməyə cəhd göstərən fransızlar Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından sonra iç üzlərini açmağa başlayıblar. Emmanuel Makronun sentyabrın 30-da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş verən son hadisələrə dair verdiyi bəyanat heç kimin yadından çıxmayıb. Onun qərəzli bəyanatı ölkəsinin Minsk qrupunun həmsədri kimi vasitəçilik missiyası ilə uyğun gəlmirdi, birtərəfli və qərəzli idi. O, Fransanın öz üzərinə götürtdüyü vasitəçilik missiyasını unudaraq ermənilərin yanında duran mövqe kimi çıxış edir, özünü işğalçıların vəkili kimi aparır. Makronun bu bəyanatı bölgə və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə yox, münaqişənin daha da alovlanmasına xidmət edirdi. Onun verdiyi bəyanatdan açıq-aydın hiss olunurdu ki, Fransa işğalçının müdafiəsinə qalxıb.

İşğalçı Ermənistan ilə işğala məruz qalan Azərbaycana beynəlxalq hüququn norma və prinsiplərinə görə fərqli münasibət göstərməyən Fransa prezidentinin qərəzli və siyasi etik qaydalarına sığmayan, beynəlxalq hüququn norma və prinsiplərinə zidd bəyanatı onu göstərir ki, bu ölkə Minsk qrupunun həmsədri funksiyasını yerinə yetirmək funksiyasını çoxdan itirib.

Paris meriyasının qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımağa hazırlaşması ilə bağlı məlumatlar Fransanın öz qərəzli siyasətini həyata keçirməkdə israrlı olduğundan xəbər verirdi. Bu məsələdə də Makronun razılığı olmuşdu. Xatırladım ki, Fransa Senatı və Milli Assambleyası da bu istiqamətdə beynəlxalq hüququn normalarına zidd qətnamə qəbul ediblər.

Fransa 27 sentyabrdan bu günədək yüksək səviyyədə səslənən bəyanatlar verməklə Ermənistana birmənalı dəstək ifadə edən addımları ilə münaqişəyə münasibətdə neytral mövqedən çıxış etmədiyini artıq sübut edib. Bu ölkə bütün vasitələrlə münaqişənin yenidən alovlanmasına cəhd edir. Artıq Makronun iç üzü, ermənipərəst mövqeyi və ATƏT-in Minsk qrupunu ermənisevərliyinə qurban verməsi bəlli olub. O, müharibənin davam etdiyi bir zamanda işğalçı ölkənin baş naziri Nikol Paşinyana SMS-mesajlar göndərdiyini etiraf etməklə qatı ermənipərəst mövqeyini bir daha göstərdi. Prezidentlik kürsüsünü qoruyub saxlamaq üçün erməni lobbisinin əlində oyuncağa çevrilən Fransa prezidenti noyabrın 10- da Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin birgə imzaladıqları üçtərəfli Bəyanat - kapitulyasiyadan bir neçə gün sonra erməni icmasının nümayəndələri ilə naharda iştirak edibmiş. Bu barədə Ermənistanın "Qraparak" nəşri yazıb.

Nəşrin yazdığına görə, Makron Fransa ermənilərinin Nikol Paşinyan haqqında fikirləri ilə maraqlanıb, onları diqqətlə dinləyib, sonra isə erməni baş nazirinin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini gizlətməyib. O, müharibə zamanı dəfələrlə onunla əlaqə saxladığını, öz dəstəyini təklif etdiyini, hətta SMS yazdığını bildirib. Deyib ki, doğrudur, Paşinyanın tez cavab verirdi, lakin heç vaxt öz təşəbbüsü ilə Makronla əlaqə saxlamayıb və heç nə xahiş etməyib.

Görünür, Ermənistan baş nazirinin bu bəyanatı imzalaması ermənilərdən daha çox Makronu yandırıb-yaxıb. Belə olmasaydı, deməzdi ki, Paşinyan bu sənədi imzalayanda niyə onunla əlaqə saxlamayıb və bu sənəd barəsində onu məlumatlandırmayıb. Makron deyib: “Axı, mən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya ondan sonra məlumat verməyib, yaxud xahiş etməyib?”. Belə yerdə sual olunur: Yəni doğrudanmı Makron bu vaxta qədər ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin vəzifəsinin nədən ibarət olduğunu hələ də dərk edə bilmir? Məgər bu qrup münaqişənin nizamlanması missiyasını özü üzərinə götürməyibmi? Bəlkə Makrona elə gəlir ki, Minsk qrupu münaqişəni daha da alovlandırmaq məqsədilə yaradılıb?

Makronun bu açıqlamaları onun qatı ermənipərəst, islamofob, anti-Azərbaycan və anti-Türkiyə siyasətinin təzahürüdür. Onun bütün bəyanatlarından, çıxışlarından aydın şəkildə görünür ki, Makron Fransanın ATƏT-in Minsk qrupunun həmsədri mandatını yalnız işğalçı ölkənin maraqlarını müdafiə etmək kontekstində anlayıb və buna uyğun hərəkət edib. Fransa prezidentinin bu açıqlamaları və fəaliyyəti bir daha göstərir ki, bu ölkə ədalətli, həmsədr mandatının tələblərinə uyğun davranmayıb və bundan sonra da qeyri-adekvat mövqe nümayiş etdirməkdə davam edəcək. Bütün bunlar bir daha təsdiqləyir ki, Fransa prezidenti bu ölkədəki erməni lobbisinin, ermənipərəst dairələrin tam təsiri altındadır və dövlətin, Fransa xalqının maraqlarının əksinə olaraq məğlub Ermənistanın vəkili kimi çıxış edir.

Bütün bunların heç bir faydası yoxdur. Çünki artıq Azərbaycan dünyada qalib ölkə kimi qəbul edilir və XXI əsrdə Zəfər paradı keçirən ilk və yeganə dövlətdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb