FRANSA PREZİDENTİ ORDUYA MƏKTUB ÜNVANLAMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Fransa Prezidenti Nikola Sarkozi bazar günü orduya məktub ünvanlamışdır.
Məktubda bildirilir ki, Prezident iyunun 17-də orduda böyük islahatlarla bağlı “Ağ kitab”ın nəticələrini açıqlayacaqdır.
Məktubda müdafiə məqsədilə ayrılmış xərclərin azaldılmayacağı, amma islahatın ordunun yenidən qruplaşması məqsədi güddüyü qeyd edilmişdir.
Milli təhlükəsizlik və müdafiə məslələrindən bəhs edən kitabın Fransanın qarşıdakı 15 ildə böyük strategiyasını səmtləşdirən müddəlardan bəhs edildiyi bildirilmişdir.
Ölkə başçısı islahatını müdafiə etmək üçün məktubunu müdafiə nazirliyinin və ordudakı 320 min hərbçiyə göndərmişdir.
Nikola Sarkoziyə görə yeni islahatlar fransız ordusu qüvvələrinin əməliyyat qabiliyyətinin daha da güclənməsinə imkan verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]