FRANSA PREZİDENTİ PARİSİN AZAD OLUNMASININ 60 İLLİYİ MÜNASİBƏTİLƏ KEÇİRİLMİŞ TƏDBİRLƏRDƏ IŞTİRAK ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Prezident Jak Şirak Parisin alman faşizmindən azad edilməsinin 60 illiyi ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etmişdir. Prezident baş nazir Jan-Pyer Rafarən və paytaxtın meri Bertran Dölonayla birlikdə şəhərin bələdiyyə binasının qarşısındakı bayram şənliklərinə qatılmış, vaxtilə Parisin azad edildiyi gün müqavimət hərəkatının lideri Şarl de Qol sakinlər qarşısında “Paris təhqir edilmiş, Paris sınmış, Paris incidilmiş, lakin Paris azad edilmişdir!” sözləri ilə başlayan tarixi nitqini etdiyi yerdə prezident Jak Şirak 6 minlik iştirakçı qarşısında fransızları müharibə illərini unutmamağa çağıraraq demişdir: “Fransız xalqı, tariximizin bir səhifəsi olan həmin günü xatırlayaq. Parisin azadlığı naminə həyatlarını qurban verənləri heç vaxt unutmayaq!”
Prezident Jak Şirak və digər rəsmi şəxslər general de Qolun paytaxtın məşhur Şan Elize xiyabanında ucaldılmış abidəsi önünə əklil qoymuşlar. Mərasimdə generalın oğlu admiral Filip de Qol iştirak etmişdir.
Ölkə başçısı və şəhərin meri Notr Dam kilsəsində Parisin azadlığı uğrunda həlak olanların ruhuna oxunan dua mərasimində də iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [20:58]