Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransa Senatının qətnaməsi onun müəlliflərinin tarix, hüquq dərslərinə böyük ehtiyacları olduğunu sübut edir

Fransa Senatının qətnaməsi onun müəlliflərinin tarix, hüquq dərslərinə böyük ehtiyacları olduğunu sübut edir

Bakı, 16 noyabr, AZƏRTAC

İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra Azərbaycanın regionda və dünyada mövqeyinin daha da möhkəmlənməsi dövlət başçısı İlham Əliyevin təkcə son zamanlar xarici ölkələrə davamlı səfərlərində, beynəlxalq təşkilatların müxtəlif mövzularda təşkil etdikləri tədbirlərdə, Zirvə toplantılarında iştirakında və çıxışında, eyni zamanda, bu tədbirlərə Fəxri qonaq qismində dəvət olunmasında özünün aydın ifadəsini tapır. Bu, bir tərəfdən qalib Azərbaycanın yaratdığı yeni reallıqların əksər dünya gücləri tərəfindən dəstəklənməsindən, digər tərəfdən isə həqiqət anı kimi dəyərləndirilən İkinci Qarabağ müharibəsində Azərbaycanın kimin haqqın, ədalətin, kimin isə şərin və təcavüzkarın yanında olduğunu görməsindən irəli gəlir. İstər işğal, istər İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə Azərbaycan dövləti, xalqı kiçik dövlətlərə “ədalət, hüquq” dərsi keçən Fransanın reallıqda bu anlayışlardan xəbərsiz olduğunun, ermənipərəst siyasət yürütməklə bu prinsipləri kobud şəkildə pozduğunun şahidi olsa da, Fransa Prezidenti müxtəlif gedişlərlə diqqəti bu məsələlərdən yayındırmağa cəhd göstərir.

Bunu əyani şəkildə görmək üçün son zamanlar Fransa Prezidenti Emmanuel Makronun Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə zidd addımlarına diqqət yetirmək kifayətdir. Amma o, bunu ört-basdır etmək üçün gah Praqada Azərbaycan Prezidentinin, Avropa İttifaqı Şurası Prezidentinin və Ermənistanın baş nazirinin birgə keçirilən görüşünə tərəf kimi qatılaraq görüşün formatını dəyişir, gah dövlət başçısı İlham Əliyevə telefonla zəng edərək noyabrın 19-da keçiriləcək Frankofoniya təşkilatının 18-ci Zirvə Görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəyi barədə məlumat verir, gah da Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək niyyətini ifadə edir. Xalqımız Fransanın hər zaman anti-Azərbaycan mövqeyində dayanmasının, həm də bu dövlətin tarixən Asiya və Afrika ölkələrinə münasibətdə istismarçı, riyakar siyasət yürütməsinin şahidi olub. Fransanın bir sıra ölkələrdə həyata keçirdiyi soyqırımı siyasəti, İslam dövlətlərinə qarşı qərəzli mövqeyi, müsəlmanlara münasibətdə dini və irqi ayrı-seçkiliyi hər kəsə məlum həqiqətlərdir. Bu günlərdə dövlətimizin başçısı İlham Əliyev Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı zamanı da diqqəti bir daha bu məsələyə yönəldərək bildirdi ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə noyabrın 15-də Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 2020-ci il 9 noyabr tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamədən danışaraq bildirib ki, bu sənəd bir daha rəsmi Parisin Azərbaycana qarşı qərəzli mövqeyinə, Ermənistana sevgisinə və bu münasibətin arxasında gizlənən maraqlara işıq salır. Qətnamə reallıqdan uzaqdır, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə xələl gətirməyə yönəlib. Bu sənəd, həmçinin Fransanın növbəti dəfə qərəzli və birtərəfli siyasi mövqeyini bariz şəkildə nümayiş etdirir. Qətnamədə yer alan fikirlər müəlliflərin tarix, hüquq dərslərinə böyük ehtiyacı olduğunu təsdiqləyir. Senatın adi kağız parçasından fərqli olmayan bu sənədinin Azərbaycan üçün önəmli olmasa da Fransa özünün çirkin niyyətlərini, ölkəmizə qarşı artıq tam şəkildə açıq müstəviyə keçirdiyi qərəzli mövqeyini, hazırkı mərhələdə bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün sülh müqaviləsinin imzalanmasının bir tələb kimi gündəmdə olduğu bir vaxtda prosesə əngəl törətmək istəyini nümayiş etdirdi.

“Fransa parlamentinin yuxarı palatasının qətnaməsində nədənsə növbəti dəfə Azərbaycanın ərazilərinin 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğalı, bir milyondan artıq soydaşımızın qaçqın və köçkün vəziyyətində yaşaması, 30 ildə şəhərlərimizin və kəndlərimizin tamamilə dağıdılaraq yerlə-yeksan edilməsi, Ermənistanın Azərbaycanın tarixi torpaqlarında süni məskunlaşma siyasəti həyata keçirdiyi deyəsən unudulub”, - söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, belə sənədlər hazırlanarkən araşdırmalar, tarixi faktlara müraciət əsas tələb kimi qarşıda dayanmalıdır. Amma Fransa kimi ermənipərəst siyasət yeridən bir dövlətin Senatından bunu gözləmək sadəlövhlük olardı. Bu baxımdan ki, Fransa heç bir araşdırma aparmadan qondarma “erməni soyqırımı”nı tanıması, bunu tanımayanlara qarşı cəzanın tətbiqi ilə bağlı layihəni Senatda müzakirəyə çıxarması bu dövlətin Azərbaycana və Türkiyəyə, ümumilikdə türk dünyasına qərəzli mövqeyini aydın şəkildə göstərir. Fransanın da iştirakı ilə hazırlanan və qəbul edilən nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu öz əksini tapıb. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin qətnaməyə münasibətində də bildirilir ki, Qarabağ bölgəsində yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycanın daxili məsələsidir və bunlar Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Senatın bu qətnaməsi Ermənistandakı revanşist qüvvələri həvəsləndirməklə, bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət etmir və qətnamənin adında qeyd olunan “dayanıqlı sülhün təşviq edilməsindən” çox uzaqdır. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva isə qeyd edib ki, Fransa Senatının qətnaməsi regionda sülh quruculuğu səylərinə zərər verir. Bu bölgədəki reallıqdan uzaq qərəzli mövqedir, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xidmət etmir”.

V.Rəhimzadə bildirib ki, göründüyü kimi, bütün dünyanın gözü qarşısında baş verən reallıqları, ən əsası tarixi faktları inkar etməklə Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmağa səy göstərən Fransa kimi “ədalətdən, hüquqdan” bixəbər dövlət özünü sülhyaratma prosesində necə görür? Fransa kimi beynəlxalq hüququ maraqlarının arxasında əridən dövlətlərin dəstəyinə arxayın olmağın nəticəsi idi ki, Ermənistanın baş naziri 44 günlük İkinci Qarabağ müharibəsi dövründə geniş auditoriya qarşısında beynəlxalq hüququn mövcudluğunu şübhə altına alaraq, jurnalistin bununla bağlı sualını gülüşlə qarşılamışdı. 30 il beynəlxalq hüququ kobud şəkildə pozduğuna, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmədiyinə görə Ermənistana heç bir sanksiya tətbiq etməyən Fransa kimi dövlətin Senatının Azərbaycandan Ermənistan ərazisindən dərhal geri çəkilməyi tələb etməsi, ölkəmizi sanksiyalarla hədələməsi və bunu qəbul etdiyi qətnamədə əks etdirməsi riyakarlıq deyilmi? Fransa və Ermənistanı birləşdirən dəyərlər hər kəsə məlumdur. Fransa erməni diasporunun güclü, erməni lobbisinin proseslərə təsir imkanlarının geniş olduğu ölkədir. Hazırda Fransadakı erməni diasporu Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının, sülh müqaviləsinin imzalanmasının qarşısını almaq üçün bütün alçaq və yaramaz üsullara əl atır. Fransa isə, öz növbəsində erməni lobbisinə xoş gəlmək üçün hər vasitə ilə bu gün Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə mane olmağa səy göstərir.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, dövlətimizin suveren hüququ idi ki, işğal altında olan torpaqlarını istənilən yolla azad etsin. Erməni silahlı birləşmələrinin bu torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasının vacibliyi 28 il kağız üzərində qalıb saralan BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapmışdır. Fransa Senatı qətnamə qəbul etmədən öncə bu faktları nəzərə alsaydı daha yaxşı olardı. Azərbaycan zaman-zaman Fransa Senatının ölkəmizə qarşı qərəzli qətnamə layihələrini müzakirəyə çıxarılmasının şahidi olub. Tarixi Zəfərimizdən sonra Fransa Prezidentinin Ermənistana “Dağlıq Qarabağ”ın müstəqilliyini tanıyacağı ilə bağlı ümidlər verməsi də yaxın dövrün reallığıdır və xalqımız bunları unutmayıb.

Qeyd edilib ki, bu günlərdə Fransa Prezidenti Emmanuel Makronun dövlətimizin başçısı İlham Əliyevə telefon zəngi zamanı Azərbaycan Prezidenti fransalı həmkarına bir daha bu çağırışı etdi: “Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində bitərəf, qərəzsiz və tarazlaşdırılmış yanaşmanın nümayiş etdirilməsi vacibdir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır