FRANSADA 135 KİLOQRAM HEROİN TUTULMUŞDUR
Gömrük işçiləri İngiltərədən gələn yük qatarını yoxlamadan keçirərkən qatarda Hollandiyaya gedəcək maşınların birində heroin aşkar etmişlər. Üç idmançı sumkasında yerləşdirilmiş heroin maşının kabinəsindəki oturacağın altında gizlədilmişdir.
Qara bazarda bu qədər heroin 3 milyon 375 min 925 avro dəyərində qiymətləndirilir.
Böyük Britaniyada yaşayan Hollandiya mənşəli sürücü həbs edilərək polis idarəsinə gətirilmişdir. Onun barəsində cinayət işi qaldırılmışdır.
Xatırladaq ki, fransız gömrükçüləri 2005-ci ildə ilk dəfədir ki, bu qədər heroin tutmuşlar.