Fransada 21 yaşlı motosikletçi yarış zamanı faciəvi şəkildə həlak olub
Bakı, 13 yanvar, AZƏRTAC
Fransada keçirilən “Gurp TT” motoyürüşü faciə ilə nəticələnib.
AZƏRTAC xəbər verir ki, 21 yaşlı motosikletçi Rafael Şole Qreyan-Lopital kommunasında təşkil olunan yarış zamanı keçirdiyi ağır qəza nəticəsində həyatını itirib.
İnsident zamanı onu digər iştirakçı vurub, Şole motosikletindən yıxılıb və yarış dərhal dayandırılıb. İdmançının vəziyyəti ağır qiymətləndirildiyi üçün o, helikopterlə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bu, Fransada motokros yarışları zamanı baş verən ilk faciəvi hadisə deyil. 2019-cu ildə La-Boss-de-Bretanda keçirilən turnirdə 23 yaşlı Boris Prudom da qəza qurbanı olmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [14:53]
“Liverpul”dan ayrılan futbolçu “Real Madrid”lə müqavilə imzalayıb
- 08.06.2026 [14:09]
Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib
- 08.06.2026 [12:19]
AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb
- 08.06.2026 [11:45]
Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb
- 08.06.2026 [11:39]
Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb
- 08.06.2026 [10:56]
Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb
- 08.06.2026 [10:29]