Fransada dəmir yolu problemi səbəbindən qatarların hərəkətində gecikmələr yaşanıb
London, 5 avqust, AZƏRTAC
Fransanın şimalında dəmir yolu xəttində baş vermiş enerji təchizatı problemi səbəbilə “Eurostar” qatarlarının bir sıra reysləri ləğv edilib və ya gecikmələrlə yerinə yetirilib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Londondan Parisə hərəkət edən doqquz “Eurostar” qatar reysi ləğv olunub, daha 15 qatar gecikib. Qatarlar daha yavaş alternativ marşrutlarla hərəkət edib.
Eyni zamanda, Brüssel–Paris və Amsterdam–Paris marşrutlarında da bəzi qatar reysləri ləğv olunub və ya gecikmələrlə üzləşib. Fransanın dəmir yolu şəbəkəsinin operatoru SNCF-in saytında qeyd edib ki, ciddi nasazlıqlar enerji təchizatındakı problem səbəbilə baş verib və genişmiqyaslı təmir işləri tələb olunur.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]