FRANSADA UŞAQ ALVERÇİLƏRİ YAXALANMIŞLAR
Parisin ətrafındakı Sen-Sən-Döni departamentinin Bobini, Marsel və Lil şəhərlərində fəaliyyət göstərən uşaq alverçiləri bir il ərzində 18 aylıq 7 bolqarıstanlı körpəni satmışlar. Polisin apardığı əməliyyat nəticəsində bu işdə günahkar hesab edilən onlarla cinayətkar həbs olunmuşdur.
Uşaqları övladlığa götürmək istəyənlər hər bir körpə üçün 5–6 min avro ödəmişlər.
Cinayətkar qrupa bir bolqar ailəsi başçılıq etmişdir. Onlar hamilə qadınları muxtəlif bəhanələrlə aldadaraq Fransaya gətirmiş, uşaqlar dünyaya gəldikdən bir qədər sonra isə əvvəldən sövdələşdikləri ailələrə satmışlar.