Fransadakı etirazlar ucbatından Monako Qran-Prisi baş tutmaya bilər
Bakı, 24 aprel, AZƏRTAC
Formula 1 çempionatının Monako mərhələsi Fransadakı etirazların bir hissəsi olan elektrik enerjisi kəsilməsi ehtimalına görə pozulma təhlükəsi ilə üz-üzədir.
AZƏRTAC “Racingnews365” nəşrinə istinadla xəbər verir ki, Fransada pensiya yaşı 62-dən 64-ə yüksəldiləcək və əhali bundan sonra yalnız azı 43 il işlədikləri təqdirdə tam pensiya almaq hüququna malik olacaq. Ölkədə çoxsaylı etiraz aksiyaları keçirilir. Etirazçılar arasında “CGT Energie” energetika sektorunda çalışanların həmkarlar ittifaqları da var.
Fransa Prezidenti Emmanuel Makron vəziyyətin sabitləşdirilməsi üçün vətəndaşlardan 100 gün möhlət istəyib, lakin həmkarlar ittifaqları buna cavab olaraq 100 gün hərəkət və qəzəb vəd edib. Məsələn, həmkarlar ittifaqları Monako Qran-Prisi və “Roland Garros” tennis turniri kimi iri tədbirlər zamanı elektrik enerjisinin kəsilməsi barədə niyyətini bildirib.
Daha əvvəl “CGT Energy” iki dəfə - Monpelye hava limanında və Ero şəhərində Makronun ziyarət etdiyi məktəbdə elektrik enerjisinin söndürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.
Qeyd edək ki, Monako Qran-Prisi 26-28 may tarixlərinə planlaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]