FRANSANIN CƏNUB-QƏRBİNDƏ QƏDİM MAĞARA TAPILMIŞDIR
Tədqiqatçılar elm üçün qiymətli yeraltı mağaranı hələ dekabr ayında aşkar etsələr də, bu barədə yalnız fevralın 5-də məlumat vermişlər. Son vaxtlar alimlər belə qiymətli tapıntıların məhv edilməsinin qarşısını almaq məqsədi ilə öz kəşflərini gizli saxlayırlar.
Hazırda qayaüstü rəsmlərin tarixi müəyyənləşdirilir. Mütəxəssislər onların Fransadakı məşhur Lasko və İspaniyadakı Altamir mağaralarında tapılmış yazılardan daha qədim olmasını istisna etmirlər. İlkin tədqiqatlara görə, söhbət 30 min il əvvəl yaşamış kromanyon adamının (Üst paleolitin Orinyak mərhələsində yaşamış insanlar) yaşayış yerindən gedir.
Alimlərin fikrincə, Vilyonerdəki tapıntı elmdə çevrilişə səbəb ola bilər. Əvvəllər hesab edilirdi ki, belə qədim dövrlərdə insanlar yeraltı yaşayış məskənlərini rəsmlərlə bəzəmirdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]