Fuad İbrahimov: “Dəmir yumruq” əməliyyatı Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi
Tbilisi, 6 noyabr, AZƏRTAC
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən “Dəmir yumruq” əməliyyatı nəticəsində Ermənistan sülhə və kapitulyasiya aktını imzalamağa məcbur edildi.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı hərbi attaşe aparatının rəhbəri, polkovnik-leytenant Fuad İbrahimov söyləyib.
Attaşe qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək günbəgün irəli gedib və torpaqlarımızı işğaldan, düşmən tapdağından azad edib.
F.İbrahimov deyib: “İkinci Qarabağ müharibəsi şanlı Zəfərimiz kimi tarixdə əbədi qalacaq. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Vətəni canından əziz tutanlar heç vaxt unudulmayacaq”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [09:27]
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
- 10.06.2026 [18:17]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [15:21]
Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim
- 10.06.2026 [12:15]
Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir
- 08.06.2026 [10:18]
HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib
- 07.06.2026 [12:33]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 03.06.2026 [18:29]
Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
- 03.06.2026 [17:17]