Futbol üzrə Azərbaycan kubokunun yarımfinal oyunlarına hakim təyinatları açıqlanıb
Bakı, 29 aprel, AZƏRTAC
Futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmalarını idarə edəcək hakimlər müəyyənləşib.
AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, yarımfinal mərhələsinin cavab qarşılaşmaları mayın 1-də oynanılacaq.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ”-“Qəbələ” qarşılaşmasını referi İnqilab Məmmədov idarə edəcək. Bu komandalar arasında Qəbələdə baş tutan görüşdə meydan sahibləri minimal hesabla üstün olublar - 1:0.
Günün digər oyunu isə Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq. “Zirə” doğma azarkeşlər önündə “Sumqayıt” klubunu qəbul edəcək. Matçın baş hakimi Əliyar Ağayev olacaq. Bu komandalar arasında aprelin 23-də keçirilən ilk oyunda hesab açılmayıb.
Hər iki oyun “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
Xatırladaq ki, Azərbaycan kuboku uğrunda sonuncu turnirin qalibi paytaxt təmsilçisi “Keşlə” klubudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]