Futbol üzrə Azərbaycan millisi bu gün Almaniya yığması ilə qarşılaşacaq
Bakı, 26 mart, AZƏRTAC
2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Tofiq Bəhramov adına respublika stadionunda Azərbaycan və Almaniya milli komandaları qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, oyunu italiyalı baş hakim Daniele Orsato idarə edəcək. Ona həmyerliləri Mauro Tonolini, Rikkardo Di Fiore və Marko Guida kömək edəcəklər.
Oyunun komissarı moldovalı Adrian İksari, hakim-inspektoru isə rusiyalı Aleksey Spirindir.
Görüş saat 20:00-da start götürəcək.
Qeyd edək ki, hesabında 7 xal olan Azərbaycan millisi "C" qrupunda üçüncü pillədə qərarlaşıb. Almaniya 12 xalla birinci, Şimali İrlandiya 7 xalla ikinci pillədə yer alır. Çexiya (5 xal) dördüncü, Norveç (3 xal) beşinci, hesabında xal olmayan San-Marino isə sonuncu yeri tuturlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]