İDMAN
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi ilə müqavilə qarşılıqlı razılıq əsasında uzadılmayıb
![Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi ilə müqavilə qarşılıqlı razılıq əsasında uzadılmayıb](/files/2017/3/1200x630/15090339932149661431_1200x630.jpg)
Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da AFFA-nın prezidenti Rövnəq Abdullayev ilə futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki arasında görüş keçirilib.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, Azərbaycan futbolunun hazırkı vəziyyətinin və perspektivlərinin müzakirə olunduğu görüşdə Robert Prosineçki ilə müqavilənin qarşılıqlı razılıq əsasında uzadılmaması barədə razılığa gəlinib.
AFFA rəhbərliyi Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində səmərəli fəaliyyətinə görə Robert Prosineçkiyə minnətdarlığını bildirib, gələcək karyerasında uğurlar arzulayıb.
Görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.
Xatırladaq ki, millimiz R.Prosineçkinin rəhbərliyi ilə 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin “C” qrupunda mübarizəni 10 xalla beşinci pillədə başa vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [15:05]
Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib
- 02.07.2024 [14:36]
Mayk Tayson Türkiyə millisinə hədiyyə göndərib
- 02.07.2024 [13:50]
Arif Əsədov: Türkiyə millisi əzmkarlıq hesabına Avstriyanı məğlub edə bilər
- 02.07.2024 [12:44]
“Sumqayıt” futbol klubu “Yay Futbol Düşərgəsi” layihəsinə start verib
- 02.07.2024 [12:37]
Avropa çempionu olan sərbəst güləş yığması Vətənə qayıdıb
- 02.07.2024 [12:29]