Futbol üzrə XX dünya çempionatında Argentina Komandası İsveçrə yığmasına qalib gəlmişdir VİDEO
Bakı, 1 iyul (AZƏRTAC). Braziliyada futbol üzrə XX dünya çempionatında səkkizdəbir final mərhələsinin növbəti oyunu keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, iyulun 1-də San-Paulo şəhərindəki “San-Paulo” stadionunda Argentina və İsveçrə yığmaları qarşılaşmışlar.
İsveçdən olan baş hakim Yonas Erikssonun idarə etdiyi görüşün əsas vaxtında hesab açılmamışdır. Əlavə vaxtın 118-ci dəqiqəsində Argentina millisinin futbolçusu Di Maria hesabı açmışdır.
Beləliklə, rəqibini 1:0 hesabı ilə məğlub edən Cənubi Amerika təmsilçisi dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlmişdir.
Növbəti mərhələdə Argentina komandası Belçika-ABŞ qarşılaşmasının qalibi ilə görüşəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:57]
Budapeştdə Avropa Olimpiya Komitələrinin Baş Assambleyası işə başlayıb
- 12.06.2026 [12:46]
“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub
- 12.06.2026 [12:16]
“Şəfa” “Qəbələ”dən ayrılan futbolçunu heyətinə qatıb
- 12.06.2026 [12:14]
Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək
- 12.06.2026 [11:52]
Qurban Qurbanov dünya çempionatındakı favoritini açıqlayıb
- 12.06.2026 [11:44]
Meksika millisinin futbolçusu dünya çempionatlarının tarixinə düşüb
- 12.06.2026 [11:04]