Futzal üzrə Azərbaycan millisi “Kazan-2021”də ilk oyununu keçirib
Bakı, 7 sentyabr, AZƏRTAC
Bu gün birinci MDB Oyunları çərçivəsində 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi ilk matçını keçirib.
AZƏRTAC xəbər verir ki, Rusiyanın Kazan şəhərində təşkil olunan qarşılaşmada komandamız belaruslu həmyaşıdlarına məğlub olub - 0:6.
B qrupunda yer alan U-19 növbəti oyununu sentyabrın 9-da keçirəcək. Ağatahir Əzimovun başçılıq etdiyi komanda Qırğızıstanın müvafiq yaş qrupundan ibarət millisi ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]