İDMAN
Futzal yığmasının baş məşqçisi: Komandamın oyunundan razı qaldım
Bakı, 15 dekabr, AZƏRTAC
"Komandamın çıxışından razı qaldım".
AZƏRTAC xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov dünya çempionatının elit-raund mərhələsində Bakıda Rumıniya yığması ilə 5:5 hesablı heç-heç etdikləri oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis komandasının yaxşı oyun nümayiş etdirdiyini bildirib: "Hər şey bizim nəzarətimizdə idi. Rumıniya müdafiədən oynayırdı. Komandamızda oyun praktikası çatmadı. Bu da heyətimizdə gənc oyunçuların olması ilə bağlıdır".
V.Borisov qapıçı Rövşən Hüseynlinin çıxışından razı qaldığını söyləyib: "Qapıya gedən həlledici zərbələr Rövşən üçün çətinlik yaratdı. Bəlkə birinci qolda zərbəni qapıçımız çıxara bilərdi. Amma ümumi götürsək, onda səhv görmədim”.
O, bir neçə legionerin yığmadan kənarda qalmasının səbəbini də açıqlayıb: "Edu qırmızı vərəqəyə görə oynamadı. Gənclərə vaxt vermək lazımdır".