“Gələcəyə addım - II” ümumrespublika olimpiadasına qeydiyyat aparılır
Bakı, 25 noyabr, AZƏRTAC
AMEA-nın Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə geoloq və geofizik tələbələr üçün “Gələcəyə addım - II” ümumrespublika olimpiadası keçiriləcək.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbir ali təhsil müəssisələrinin III-IV kurs tələbələrinin, eləcə də I-II kurs magistrantların bilik səviyyələrini qiymətləndirmək, həmçinin gələcək peşəkar fəaliyyətlərində elmə üstünlük vermələrini stimullaşdırmaq məqsədilə təşkil olunur.
Olimpiada iki mərhələdən ibarət olacaq. İştirak etmək istəyən tələbələr müsabiqənin veb-saytında 2022-ci il yanvar ayının 31-nə kimi qeydiyyatdan keçməlidirlər. Müsabiqənin hər iki mərhələsi Geologiya və Geofizika İnstitutunda təşkil ediləcək. Birinci mərhələdə onlar təqdim ediləcək mövzunun izahlı cavabından ibarət esse (Azərbaycan, ingilis və ya rus dilində 5 A4 səhifəsindən çox olmamaq şərti ilə) hazırlamalıdırlar. Elmi-təşkilat komitəsinin müvafiq meyarlar üzrə aparılacaq qiymətləndirməsindən sonra ən yaxşı esse müəllifləri final mərhələsinə yüksələcəklər. Final mərhələsində uğur qazanacaq iştirakçılar dörd nominasiya üzrə qalib elan ediləcəklər.
Qaliblər üçün mükafat fondu:
I yer - 800 AZN
II yer - 600 AZN
III yer - 400 AZN
Müsabiqənin nəticəsindən asılı olaraq, ayrılan fond çərçivəsində həvəsləndirici (250 AZN) mükafatlar da nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:55]
Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da olub
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
- 16.06.2026 [12:45]
“Krım sevgisi” kitabının 2-ci cildi nəşr olunub
- 16.06.2026 [12:26]
BDU-da yaz imtahan sessiyası davam edir
- 16.06.2026 [12:02]