Azərbaycan Dövlət İnformasiya Agentliyi

GƏLƏCƏYİN STRATEGİYASINI MÜƏYYƏNLƏŞDİRƏRKƏN: MODERNLƏŞMƏ XƏTTİ(2)

Bu baxımdan Amerikada çıxan nüfuzlu “Foreign Affairs” jurnalının redaktoru Fərid Zəkəriyyə tamamilə haqlı olaraq yazır: “Nəyə görə sərvət azadlıq üçün əlverişli şərait yaradır? Avropa tarixindən nümunələri yada salaq: iqtisadi inkişaf prosesi, adətən, liberal demokratiyanın uğur qazanması üçün həlledici əhəmiyyətə malik olan iki elementin yaranmasına gətirib çıxarır. Əvvələn, o, cəmiyyətin əsas seqmentlərinə, ilk növbədə, özəl biznesə və bütövlükdə burjuaziyaya güc toplamaq və dövlətdən asılı olmamaq imkanı verir. İkincisi, bu cür ictimai qruplarla işləyən dövlət daha az dərəcədə yırtıcı və şıltaq olur; o, müəyyən qaydalara riayət edilməsinə və cəmiyyətin tələbatına, ən azı, onun elitasının tələbatına get-gedə çox istiqamətlənir” (bax: Ф.Закария. Будущее свободы: нелиберальная демократия в США и за их пределами, стр. 67).
Sosioloq Seymur Martin Lipsetin fikrincə, zəngin ölkələrdə demokratiyanın sabitliyini təmin edən səbəblərdən biri ondan ibarətdir ki, müxtəlif sosial mexanizmlər vasitəsilə sərvət bölgü ilə əlaqədar münaqişələrin kəskinliyini azaltmağa imkan verir. İlk vaxtlar maddi rifah və maliyyə resurslarının düzgün bölüşdürülməsi iqtisadi artım üçün zəmin yaradır və beləliklə, fərdin azadlığı dərk etməsinə və yeni kütləvi şüurun formalaşmasına kömək edir. Bu tezisin əsaslılığını tarixi təcrübə də təsdiq edir. Aleksandr Hamilton vaxtilə yazırdı: “Nə qədər ki, mülkiyyət təqribən bərabər bölüşdürülmüş olaraq qalır və informasiyanın xeyli hissəsi cəmiyyətə sızır, səsvermə zamanı hətta diqqəti ən az cəlb edən insanların da xidmətlərinin lazımınca qiymətləndirilməsi meyli mövcud olacaqdır. Sərvət artdıqca və o, azlığın əlində cəmləşdikcə, cəmiyyətdə təmtəraqa meyil gücləndikcə fəzilətlilərə get-gedə daha artıq dərəcədə yalnız maddi dəyərlərin xoşagələn əlavəsi kimi baxacaqlar” (bax: Брюс Майроф. Лики демократии, стр. 60). Hamilton əmin idi ki, iqtisadi və siyasi hakimiyyətin cəmləşməsi labüddür. Seymur Martin Lipset də bu fikrə şərikdir. 1959-cu ildə o, aşağıdakı qənaətə gəlmişdi: “Millət nə qədər varlı olsa, onun sabit demokratiyaya nail olmaq şansları bir o qədər yüksəkdir”.
        Çinin tarixinə, müasir inkişafına nəzər salsaq aydın görərik ki, 1990-cı illərin əvvəlində “Qərbdəki kimi” kapitalizmə gətirib çıxaracağına ümid edilən bir sıra iqtisadi islahatlar başlanmışdı. Bu islahatların bir qisminin uğursuzluğuna baxmayaraq, hər halda, Çində başa düşdülər ki, ölkəni yenidən qurmaq - iqtisadiyyatdan başlayaraq, siyasi modernləşmə və demokratik transformasiya istiqamətində hərəkət etmək lazımdır.
Bu cür konvergensiya iqtisadi islahatların məntiqi davamı kimi çıxış edən siyasi dəyişikliklərin həyata keçirilməsinin mümkünlüyü barədə danışmağa əsas verir. Bu prosesin mahiyyəti insan fəaliyyətinin bütün sahələrinin liberallaşdırılmasından, sosiomədəni arxetiplərin dəyişdirilməsindən və daha sonra demokratik rejimin konsolidasiyasından ibarətdir. Modernləşmənin mərkəzi tezisi də bu məqamda əks olunur. Həmin tezis “ondan ibarətdir ki, təsərrüfatın tərəqqisi mədəni, ictimai və siyasi həyatda paralel şəkildə aparılan, özü də müəyyən dərəcədə proqnozlaşdırıla bilən dəyişiklikləri şərtləndirir” (bax: Теория и практика демократии, M., 2006, стр. 143).
XX əsrin çox böyük iqtisadçısı və siyasi mütəfəkkiri Fridrix Avqust fon Xayek özünün “Köləliyə aparan yol” adlı kitabında yazır: “Həqiqi azadlığın zəruri şərtləri sırasında bədnam “iqtisadi azadlıq” ilə yanaşı, tez-tez və böyük əsasla iqtisadi baxımdan müdafiə olunmağın da adını çəkirlər. Bu, müəyyən mənada düzgündür. Özlərini yedirə biləcəyinə əmin olmayan insanlarda müstəqil ağıla və güclü xarakterə nadir hallarda rast gəlmək olar” (Ф.А. Хайек. “Дорога к рабству”. M., 2005, стр. 129).
Qloballaşma və “üçüncü demokratik dalğa”nın intensiv genişlənməsi şəraitində ictimai dəyişikliklərin bu strategiyası aydın bir məsələ kimi təsəvvür edilir. Çünki qitələrin qarşılıqlı maliyyə əlaqəsinin güclənməsi siyasi təcridçilikdən imtina etməyi və demokratik dövlətlər klubunun üzvü olmaq cəhdini şərtləndirir. Məhz postavtoritar keçidin ölkələr və regionlar üzrə xüsusiyyətinin nəzərə alınması “iqtisadiyyat siyasətdən əzəldir” strategiyasına üstünlük verilməsini müəyyən edir.
Bu şərtlər transformasiya məkanlarında, o cümlədən Azərbaycanda liberallaşmanın və vətəndaş cəmiyyəti formalaşmasının bazisini yaradır. Məhz buna görə vətəndaş cəmiyyəti siyasi demokratiyanın təbii təməlidir. Bu təməl olmadan siyasi demokratiya, sadəcə, mümkün deyil və yaxud səmərəsizdir. 2003-cü ildə İlham Əliyevin Prezidentliyinin birinci müddətində əsas yeri məhz bu tezis tuturdu.
 
“Dövlətin ləyaqəti nəticə etibarilə onu yaradan şəxsiyyətlərin ləyaqətindən asılıdır”.
 (Con Stüart Mill, 1806-1877-ci illər.
Liberalizmin ideoloqu).
Demokratik sistemi təkmilləşdirərkən:
sabitlikdən modernləşməyə doğru
 
“İdeya insanın zəkasının təsadüfi məhsulu deyil, o, bəşər cəmiyyətinin müasir vəziyyətinin təbii ilkin şərti kimi çıxış edir”.
 
     (Aleksis de Tokvil,
      1805-1859-cu illər.
       Fransız sosioloqu,
      tarixçi, siyasi xadim)
 
Son illərdə dövlətin ictimai-siyasi inkişafının əsas oriyentiri yalnız demokratik təsisatların və ənənələrin möhkəm sisteminin formalaşmasına yönəlmişdir. Özlüyündə demokratikləşmə milli inkişaf strategiyasını müəyyən edən amil və vahid sosium çərçivəsində birgə mövcud olmağın mühüm komponentidir. “Üçüncü demokratik dalğa” şəraitində xalq hakimiyyəti ətrafında müxtəlif diskussiyalar get-gedə aktual və prinsipial xarakter alır, çünki onlar, bir tərəfdən, milli dövlətin suveren inkişafının mümkünlüyünü şərtləndirir, digər tərəfdən, “azadlıq mayaklarına” bu və ya digər demokratik konseptlər barəsində öz təsəvvürlərini “postavtoritar keçid” ölkələrinə ixrac etmək üçün meydan yaradır. Çox vaxt belə ixrac bu və ya digər milli xüsusiyyətlərin əvəzlənməsi yolu ilə və yaxud yer kürəsinin bu və ya digər guşəsində demokratiya qurulmasının real mümkünlüyü nəzərə alınmadan, yəni cəmiyyətin demokratiyaya keçməyə hazır olmasının əsas göstəricilərinin - institusional, davranış dəyişikliklərinin və sosial-psixoloji dəyişikliklərin həqiqi nəticələri dərk edilmədən baş verir. Bəzən bu cür yanaşma qlobal xarakterli amortizasiya effektləri doğurur ki, bu da son nəticədə “sivilizasiyaların toqquşması” qəbilindən olan qlobal xaos nəzəriyyələrinin yaranmasına gətirib çıxarır. Özlüyündə demokratiya get-gedə daha çox hallarda yeni geosiyasi, daha dəqiqi və daha doğrusu, geoiqtisadi ekspansiya amili kimi çıxış edir.
Lakin hər hansı diskussiyaya başlamazdan əvvəl “demokratiya” anlayışının özünü müəyyənləşdirmək lazımdır, çünki çox vaxt keçmişin bizim nəslə yaxşı tanış olan notları səslənir. Biz demokratiya barədə tez-tez danışırıq, amma onun real mahiyyəti haqqında az fikirləşirik, hərçənd, bu cür diskussiyalar üçün kifayət qədər möhkəm zəmin mövcuddur və onun yaşamaq haqqı var. Bizim qarşımızda duran əsas siyasi-ideoloji vəzifə ölkəni azad və demokratik dövlət kimi inkişaf etdirməkdir. Lakin başa düşmək lazımdır ki, Azərbaycanda obyektiv surətdə heç də sadə olmayan proseslər cərəyan edir, onlar bu və ya digər şəxslər və təşkilatlar tərəfindən getdikcə daha çox diskussiya mövzusuna çevrilir. Çox vaxt bu diskussiyalar demokratiya, söz və mətbuat azadlığı, bütövlükdə “azadlıq” konsepti ətrafında aparılır. Bizi çox vaxt onda günahlandırırlar ki, guya biz azadlığa adət etməmişik və guya bizə daim kənardan nəzarət edilməsinə ehtiyac var. Lakin demokratik transformasiya ilə Qərbin geosiyasi təsiri arasında hədd qoymaq lazımdır. Axı, biz çox vaxt demokratiyanı yalnız nümayəndəliyin və xalq hakimiyyətinin bir forması hesab edir, onu həyata keçirənlərin ideya və vəzifələrini nəzərə almırıq. Artıq xeyli vaxtdır ki, demokratiya yalnız çoxluğun nümayəndəliyinin forması deyildir, çünki biz çox vaxt ancaq azlığın öz qaydalarını diktə etməsinin və bu mövqeyin dəstəklənməyə layiq görülməsinin şahidi oluruq. Biz çox vaxt görürük ki, dünyanın bu və ya digər regionunda demokratiya vasitəsilə xarici siyasətin əsas vəzifələri gerçəkləşdirilir və gündəlikdəki məsələlər formalaşdırılır. Demokratik ənənələrin tarixən yabançı olduğu cəmiyyətlərdə milli-tarixi, mədəni və sosial-siyasi özünəməxsusluq amilləri və ictimai şüurun dəyişməsi nəzərə alınmadan birdən-birə yeni davranış normaları formalaşanda artıq bu amillər təəccüb doğurmur. Hətta tərəqqi innovasiya xarakteri kəsb etdiyi, yəni ideyalar, texnologiyalar, biliklər bir nəslin digərini əvəz etməsindən daha tez dəyişdiyi bir şəraitdə belə, bu cür kəskin siyasi hərəkətlər ictimai şüurun ağırlıq mərkəzinin radikal inkarlar müstəvisinə doğru dəyişməsinə səbəb olur. Nəticədə XXI əsrdə demokratiya ən qısa müddətdə nəinki rejimin dəyişməsinə, hətta gərginliyin daha geniş miqyas almasına şərait yarada biləcək təhlükəli geosiyasi silaha çevrilir. Biz İraqda, Əfqanıstanda, Kosovoda və başqa bölgələrdə belə halların baş verməsinin şahidiyik.
Görünür, demokratiyanın bəzi təbliğçiləri tarixi təcrübə barədə nadir hallarda düşünürlər. Hərçənd, XIX əsrin tanınmış alman iqtisadçısı Fridrix fon List qeyd edirdi ki, daha çox inkişaf etmiş cəmiyyətin, sənaye cəmiyyətinin daha az inkişaf etmiş, sənayeləşmədən əvvəlki və ya yetərincə sənayeləşməmiş cəmiyyətlə toqquşması zamanı aşağıdakı hadisələr baş verir. Liberal iqtisadiyyat mövqeyinə müvafiq olaraq, iqtisadiyyatı inkişaf etmiş ölkəni iqtisadiyyatı inkişaf etməmiş ölkə ilə inteqrasiya etsək, inkişafın və modernləşmənin səviyyəsi təxminən bərabər bölünəcəkdir. Tarix təsdiq edir ki, Fridrix fon Listin iqtisadi məktəbi baxımından, daha çox inkişaf etmiş vəziyyətdə olan sektor daha da inkişaf edəcək və “geridə qalan” iqtisadi sistem daha da miskinləşəcək, deqradasiyaya uğrayacaqdır. Başqa sözlə desək, daha çox modernləşmiş təsərrüfat sisteminin daha az modernləşmiş təsərrüfat sistemi ilə birbaşa təması onların birləşmiş qablar prinsipi üzrə bərabərləşməsinə deyil, daha çox modernləşmiş, daha zəngin hissənin əvvəlkindən də varlı, daha az inkişaf etmiş hissənin isə əvvəlkindən də yoxsul olmasına gətirib çıxarır. Bu yoxsul zonada iqtisadi sektor qeyri-mütənasib qaydada inkişaf etdiyinə görə, həmin zona xammal əlavəsinə çevrilir və mahiyyət etibarilə müstəmləkələşmə baş verir. 
Postmodern və qloballaşma şəraitinə tətbiqən bu prinsip təkrarlanır, lakin hazırda biz başqa vəziyyətdəyik. Postmodern səviyyəsində inkişaf etmiş ultraliberal Qərb iqtisadiyyatı mövcuddur və o, öz metodologiyası ilə başqa ölkələrə müraciət edərək, həmin ölkələri inkişaf etdirməyi və postmodernləşdirməyi təklif edir. Bu “yeni iqtisadiyyat” özünü iqtisadi sıçrayış üçün, ölkələrin sənayeləşmə vəziyyətindən postindustrial vəziyyətə keçməsi üçün məqsəd və müəyyən vasitə kimi təqdim edir. Beləliklə, XIX əsrdə mövcud olmuş və Fridrix fon List tərəfindən təhlil edilmiş modelə tamamilə simmetrik bir vəziyyət yaranır. Lakin dünən müstəmləkələşmənin obyekti, əsasən, iqtisadiyyatı modernləşmədən əvvəlki səviyyədə olan ölkələr idisə, indi sənaye cəhətdən inkişaf etmiş ölkələrin özü həmin postmodernist sistemlərin istismar obyektinə çevrilir. Bu ölkələrə (Sakit Okean birliyi zonasında olduğu kimi) istehsalatlar köçürülür, orada nəinki resurslar, hətta insan əməyi də istismar edilir və beləliklə, elə həmin müstəmləkələşmə hadisəsi baş verir, ancaq bu, yeni, gizli forma alır.
2008-ci il yanvarın 4-də “The Guardian” (Böyük Britaniya) qəzetində Londonda çıxan “The Times” qəzetinin tanınmış siyasi icmalçısı Saymon Cenkinsin məqaləsi dərc edilmişdir. Müəllif həmin məqalədə demokratiyaya mövcud baxışın əksinə olaraq, müasir demokratiyanın mahiyyətinə öz münasibətini bildirir. O yazır: “Görünür, bu gün demokratiya heç də yaxşı vəziyyətdə deyil. Demokratiya həmişə qeyri-mükəmməl olmuşdur. “Özünüidarə” anlayışı “özünü” sözü ilə qırılmaz əlaqəni itirdiyi andan, yəni Afina aqorasının hüdudlarından kənara çıxdığı vaxtdan etibarən həmişə müxtəlif ölkələrə və xalqlara uyğunlaşdırılmışdır. Demokratik təsisatlar Medisonun, Millin və de Tokvilin ideyalarından daha çox konkret ölkələrin tarixindən, mədəniyyətindən və coğrafiyasından asılıdır...
Son bir həftədə Pakistanda və Keniyada baş vermiş hadisələr nə qədər faciəli olsa da, Qərbin özünün qanlı yüzilliklər boyu keçdiyi xalqın idarə edilməsi yolu ilə bütün dünyanın getməsini tələb etməsi onun tərəfindən təkəbbürün zirvəsi olardı. Bəlkə də biz liberal demokratiyanı yeganə “həqiqi inam” hesab edirik, lakin rusiyalıların və ya çinlilərin əksəriyyəti bu gün həmin fikrə çətin ki, şərik olarlar. Bir sıra başqa ölkələrin vətəndaşları kimi, onlar da birinci sıraya təhlükəsizlik və maddi rifah məsələlərini qoyurlar.
Biz özümüz o dərəcədə əməlisaleh deyilik ki, başqalarına hansı dövlət quruluşunun daha münasib olmasını öyrədək. Bu, xüsusən siyasi ab-havası Qərbin özü tərəfindən maliyyə yardımı, borclar, ticarət məhdudiyyətləri və sərhəd münaqişələri vasitəsilə korlanmış ölkələrə aiddir. Bu gün bəlkə də belə güman etmək olar ki, Pakistanda və Keniyada demokratiya zorakılıq xəstəliyindən əziyyət çəkir, lakin demokratiya elə Qərbdə də partiya siyahılarının tərtib edilməsi zamanı korrupsiya ilə, “praymeriz”lərin ekssentrik nəticələri ilə və seçkiçilər kollegiyasının mövcud olması ilə məhdudlaşır. Bu gün Britaniya və ABŞ vətəndaşları öz ölkələrinin konstitusiyalarını xüsusən hökumətin hesabat verməsi və icra hakimiyyətinin fəaliyyət azadlığını məhdudlaşdıran müddəalar baxımından demokratik ideallara müvafiq olmadığına görə tənqid edirlər. 2000-ci ildə Amerikada seçkilərin nəticələrini isə, ümumiyyətlə, seçicilərin səsverməsi deyil, oliqarxiyanın təyin etdiyi şəxslərdən ibarət orqanın qərarı müəyyən etmişdi (seçkilərin nəticəsini Ali Məhkəmə təsdiq etmişdi). Nəhayət, əgər səsvermənin gedişinə nəzarət etmək üçün Ukraynadan, Hindistandan və Tailanddan gəlmiş müşahidəçilər “Mayami Hilton” hotelində qalsaydı, bu, yəqin ki, amerikalıların xoşuna gəlməzdi.
Şəxsən mən belə hesab edirəm ki, demokratiya sabitliyə və cəmiyyətin tərəqqisinə doğru aparan ən yaxşı yoldur və ümidvaram ki, başqaları da demokratiyanın üstünlükləri barədə mənim fikrimə şərik olacaqlar...
Lakin demokratiyanı təbliğ etmək üçün ən yaxşı vasitə müdaxilələr və ya rəsmi “qınaqlar” deyil, şəxsi nümunədir. Britaniyadakı “ağ yaxalıqlılar” o dərəcədə təmiz deyil ki, onun liderləri bütün dünyaya yeni müstəmləkəçilik qoxusu gələn nəsihətlər versinlər. Bəlkə də başqa ölkələrdə demokratiyanın nöqsanlarını bizim gözümüzdəki “qıl” ilə müqayisədə “tir” kimi görürük, amma bu tir məsələsini araşdırmaq bizim yox, onların öz işidir.
Əhalisinin sayına görə Pakistan dünyada altıncı yeri tutur. Bu ölkədə “yarımçıq demokratiyanın” kövrək olması yaxın keçmişdə baş vermiş sarsıntılar və ümidsizlik həddinə çatmış yoxsulluqla bağlıdır. Diktaturadan demokratiyaya doğru aparan enişli-yoxuşlu cığırla irəliləməsində bu ölkəyə kömək etməyin yüzlərlə üsulu var. Britaniyaya həmin yolu iki əsr ərzində “asta-asta” qət etmək nəsib olmuşdur. Lakin əgər Pakistan və Keniya həmin yolu müstəqil qət etsələr, son nəticədə onlar yalnız güclü olarlar. Postimperiya “dayəsinin” telefon məsləhətlərinə onların ən az ehtiyacı var”.
Mən adını çəkdiyim müəllifin məqaləsinin əsas müddəalarını bilərəkdən bu qədər ətraflı verirəm, çünki onun çıxardığı nəticələr Qərbin demokratik terminologiya ilə pərdələnərək, “yeni demokratiya” ölkələrində yaratdığı vəziyyəti tam əks etdirir.
Təbii ki, qlobal inteqrasiya şəraitində, nəinki maliyyə vəsaitlərinin yerinin dəyişməsi asan və tez başa gəldiyi, insanlar arasında qarşılıqlı münasibətlərin isə informasiya-kommunikasiya texnologiyalarının təsiri altında formalaşdığı, hətta hissiyyatın da elektron formalar (smayliklər) vasitəsilə ötürüldüyü bir vaxtda avtarkiya barədə əvvəlki anlamda danışmaq mümkün deyildir.
Digər tərəfdən, bu gün milli dövlət, - xüsusən də əgər o, coğrafi determinizm qanunları ilə məhdudlaşmışsa və geostrateji baxımdan mühüm sahədirsə, - demokratiya və vətəndaş cəmiyyətinin məhz, idxalçıların fikrincə, xalqın daha yaxşı idarə edilməsini formalaşdırmalı olan modelinə riayət edilməsi məqsədi ilə kənardan getdikcə daha artıq təzyiqə məruz qalır. Müasir dünyada getdikcə daha tez-tez geodemokratik transformasiyaların şahidi oluruq, yeni demokratik təsisatlar və ənənələr məkanı yaratmaq məqsədi ilə bu və ya digər ölkədə dövlətçiliyin əsasları kökündən dəyişdirilir.
Milli demokratik tranzit SSRİ dağılarkən dünyanın siyasi xəritəsində baş vermiş qlobal dəyişikliklərin nəticəsidir. Lakin Azərbaycanda bir qrup romantikin bacarıqsız idarəetməsinin doğurduğu daxili kataklizmlər demokratiya haqqında diskussiyaları bir neçə il təxirə saldı, çünki 1993-cü ildə hakimiyyətə gəlmiş siyasi elita cəmiyyətin sabit daxili strukturunu formalaşdırmalı, milli iqtisadiyyatın tənəzzülünün qarşısını almalı və dövlətin fəaliyyətinin müvafiq zahiri fonunu təmin etməli idi.
Məlum olduğu kimi, sabitlik olmayan şəraitdə demokratiya və vətəndaş cəmiyyəti barədə hər hansı söhbətlərin mənası yoxdur. Sabitlik olmayan, Aristotelin dediyi “dövlət vətəndaşların xoşbəxt yaşamaları üçün yaradılmışdır” həqiqətini vətəndaşların başa düşmədiyi ölkədə hüquq bərabərliyinə və şəffaflığa istiqamətlənmiş ictimai şüur formalaşdırmaq çətin məsələdir. Nəhayət, sabit siyasi struktur olmadan milli demokratik tranzitin müəyyənedici amilinin - sabit iqtisadi sistemin olmasını təsəvvür etmək mümkün deyildir. Prezident İlham Əliyev deyir: “İqtisadi artım və cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz. İqtisadi cəhətdən güclü ola bilərsən, amma demokratiya yoxdursa, şəffaflıq yoxdursa, insan hüquqları qorunmursa, uğur qazana bilməzsən”. (Prezident İlham Əliyevin AŞPA-nın yaz sessiyasının iclasında çıxışından. 29 aprel 2004-cü il).
Müzakirə edilən mövzudan bir qədər yayınsaq da, hər halda təəssüf hissi ilə qeyd etməliyəm ki, milli demokratik tranzit haqqında diskussiyalar ölkədə ictimai müzakirələr amilinə o qədər də tez-tez çevrilmir. Milli inkişafın hazırkı və gələcək strategiyasına bu cür laqeyd münasibəti izah etmək çətindir. Demokratik inkişafın müvafiq yeri və Azərbaycan reallıqları üçün məqbul olan modeli elmi baxımdan müəyyən edilmədiyi şəraitdə isə, siyasi rəhbərlik çox vaxt həm nəzəri, həm də praktik məsələləri həll etməli olur. Halbuki, diskussiyalar məkanı çox genişdir və bu, milli intellektualların disputa çox fəal qoşulmasını tələb edir. Dövlətimizin başçısı həmin məsələni dəfələrlə qaldırmışdır və bu nəzəri problemlərin həlli üçün ölkənin elmi potensialından geniş istifadə olunmasını zəruri sayır.
Son illərdə Azərbaycanın siyasi elitası qarşısında duran əsas vəzifə ölkənin yeni siyasi məkanını formalaşdırmaqdan ibarət idi. Elə bir məkan ki, burada hər kəs öz vəzifələrini və hüquqlarını başa düşür, fərd vaxtilə J.J.Russonun bəyan etdiyi həqiqəti dərk edir ki, başqasının hüquqları başlanan yerdə bir insanın hüquqları qurtarır. Başqa sözlə, bir siyasətçinin dediyi kimi, “başqasının yanağı başlayan yerdə mənim yumruğumun zərbəsinin hüdudları qurtarır”.
Azərbaycanın yeni siyasi məkanı zaman keçdikcə formalaşır, çünki bu proses “yuxarılar” tərəfindən sanksiyalaşdırılmır və “sifarişlə” həyata keçirilmir. Perspektivdə yeni siyasi məkan dövlətin və cəmiyyətin inkişafı naminə iqtidarla müxalifətin qarşılıqlı fəaliyyətinin mümkünlüyünü eyniləşdirəcəkdir. ABŞ-ın 32-ci Prezidenti Franklin Delano Ruzvelt (1882-1945) bir dəfə demişdir: “Müəyyən ölkədə hansı ideologiya olursa-olsun, onun milli mənafeləri dəyişməzdir”. Biz konstruktiv rəqabətin idealını məhz bunda görürük, yəni siyasi prosesin hər bir aktoru başa düşür ki, məqsəd birdir - Vətənin rifahı. Dözümsüzlüyü, barışmazlığı, dialoqdan imtinanı sağlam rəqabət, tolerant qarşılıqlı münasibətlər, indiki və gələcək dövlət barədə konstruktiv funksional ictimai diskussiyalar formalaşdırmaq cəhdi əvəz etməlidir. Prezident İlham Əliyev siyasi prosesin aktorlarına dəfələrlə müraciət edərək, onları ölkədə həyata keçirilən ümummilli layihələrə və təşəbbüslərə münasibətdə rasional mövqe tutmağa, sonradan davamlı siyasi məkan formalaşdırmaq məqsədi ilə iqtidarla əks-elitanın dialoqunun tərkib hissəsinə çevrilməyə çağıranda məhz bu tezisə əsaslanırdı.
Bir şeyi başa düşmək vacibdir ki, demokratiya təkcə müəyyən olunmuş gündə səsvermə qutularına yaxınlaşıb səs verməkdən ibarət deyildir. Demokratiya cəmiyyətin həyatının bir hissəsi, onun üzvlərinin təfəkkür tərzi, cəmiyyət daxilində onun üzvləri arasında qarşılıqlı əlaqənin formasıdır. Bu proses dövlətin tənəzzülünə deyil, onun güclənməsinə və inkişafına imkan yaradır. Biz iqtidar olaraq bu həqiqətləri aydın başa düşürük. Dərk edirik ki, siyasi məkanın daim yeniləşməsinə ehtiyac var və biz etiraf edirik ki, demokratik inkişafımızın daha mükəmməl və davamlı olması üçün daha da irəli getməliyik. Son illərdə bu istiqamətdə təxirəsalınmaz tədbirlərin bütöv bir kompleksi həyata keçirilmişdir. Onlar, bir tərəfdən, gələcək vətəndaş cəmiyyətinin bazisini formalaşdırmağa, digər tərəfdən, milli demokratiya modelini Azərbaycan cəmiyyəti üçün səmərəli və məqbul etməyə imkan verir.
İndi Azərbaycanda məqsədyönlü və planauyğun şəkildə vətəndaş cəmiyyətinin təməli qoyulur. Konsolidasiya olunmuş demokratiyaya qarşıdakı tranzitin mahiyyəti məhz bundan ibarətdir. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması ölkədə öz oyun və davranış qaydalarını diktə edən, qrant verənlər üçün zəruri olan siyasi qərarların qeyri-hökumət sektorunun fəaliyyəti vasitəsilə qəbul edilməsinə təsir göstərilməsi diaqonalı yaratmağa çalışan xarici sponsorlardan asılı olmayan, fəaliyyət qabiliyyətli və səmərəli “üçüncü sektor” yaradılması yolunda mühüm mərhələ oldu. Hazırda Azərbaycanda 3000-dən çox qeyri-hökumət təşkilatı var və bu, ölkədə vətəndaş cəmiyyətinin formalaşmasının təzahürüdür.
Çar Rusiyasının maliyyə naziri və hökumətin sədri S.Vitte yazırdı: “Dövlət yaratmaqdan daha çox təkmilləşdirir, əsl yaradıcılar isə bütün vətəndaşlardır... Müstəqilliyi pəncəsinə keçirmək yox, onu inkişaf etdirmək və ona hər vasitə ilə kömək etmək lazımdır”. Qeyri-hökumət sektoru hakimiyyət ilə cəmiyyət arasında açıq və şəffaf dialoq formalaşdırmalıdır, bu isə yetərincə maliyyə imkanı və milli mənafelər naminə həyata keçirilən siyasətin şəffaflığı şəraitində mümkündür. Təəssüf ki, hüquq müdafiəçisi və ya QHT əməkdaşı adı altında gizlənənlər çox vaxt ölkənin hüdudlarından kənarda dəqiq hazırlanmış və formalaşdırılmış məqsəd və vəzifələri həyata keçirirlər. Lakin onlar başa düşməlidirlər ki, Azərbaycan demokratiya yolunu öz xalqının iradəsi ilə seçmiş bir ölkədir. Biz bu yola qədəm qoymaqla ümid edirik ki, bütün demokratik normalara riayət etməklə, özümüzün tarixi, geosiyasi və başqa xüsusiyyətlərimizi nəzərə almaqla, azadlıq və demokratiya prinsiplərinin reallaşdırılmasını təmin edəcəyik. Möhkəm və suveren dövlətçiliyin formalaşması şəraitində Azərbaycan xalqı konsolidasiya olunmuş demokratiya cəmiyyəti yaradılması yolu ilə hərəkətin sürəti, müddəti və şərtlərini müstəqil şəkildə müəyyən etməyə qadirdir. Prezident İlham Əliyevin dediyi kimi biz demokratik inkişafı bu cür müəyyən etmişik: “Vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin möhkəmlənməsi, hüquqi dövlətin qurulması sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir. Bizim təcrübəmiz onu göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. İqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir və ölkəmiz üçün çox lazım olan sabitliyi möhkəmləndirir, ictimai-siyasi vəziyyətə də müsbət təsir göstərir”. (Milli Məclisin payız sessiyasının açılışında Prezident İlham Əliyevin nitqindən, 2 oktyabr 2006-cı il).
        Tamamilə aydındır ki, Azərbaycanın sabit davamlı inkişafı heç də hamının xoşuna gəlmir. Yalançı demokratik ibarələrdən istifadə edənlərin çoxu keçmişin geri qayıtmasını istərdi: bəziləri ümummilli sərvətləri cəzasız oğurlamaq, insanları və dövləti qarət etmək üçün, başqaları ölkəni iqtisadi və siyasi müstəqillikdən məhrum etməkdən ötrü, üçüncülər isə öz ambisiyalarını həyata keçirmək üçün. Biz hazırda ölkədə və onun hüdudlarından kənarda hələ də ötən günlərin, itirdiklərinin qayıdacağına ümid bəsləyənləri məyus etməliyik. Ölkəmiz demokratiya xəttinə və inkişafa sadiqlik mövqelərində möhkəm dayanır və çətinliklərə, gözlənilməz hadisələrə baxmayaraq, biz Azərbaycan sosiumunun inkişafının üç əsas amilini - milli birlik və siyasi suverenliyi, iqtisadi firavanlığı, mənəvi vəhdətin və bizi birləşdirən mənəvi dəyərlərin bütövlüyünü təmin etmək üçün ölkəni zəruri inkişaf səviyyəsinə çatdırmağa çalışırıq.
        Bu baxımdan milli demokratikləşmə ətrafında diskussiyaların təməlinin daha möhkəm və əsaslandırılmış olması üçün bir mühüm cəhəti xüsusi vurğulamaq istərdim. Güman edirəm ki, bu cür izahatlar bəzən vacibdir, çünki onlar disputun daha məhsuldar və səmərəli olmasına imkan yaradır. Müasir dünyada bu və ya digər məkanda demokratik sistemin nəzəri baxımdan qurulmasında iki anlayış mühüm rol oynayır - “demokratiyaya keçid” (transition) və “demokratik sistemin möhkəmlənməsi” və ya “demokratiyanın bərqərar olması” (consolidation). Birinci proses “demokratik hökumət qurulmasına” doğru, ikinci proses “demokratiyanın bərqərar olmasına” və ya “demokratik rejimin səmərəli fəaliyyətinə” doğru aparır. Əslində, birinci halda demokatik rejimin yaradılmasını və fəaliyyətini, qanunverici və icra hakimiyyətlərinin əvəzlənməsini və seçkili olmasını nəzərdə tutan demokratik transformasiyanın institusional bazisindən söhbət gedir. İkinci halda kütləvi şüurun keyfiyyətcə dəyişməsini və cəmiyyətin demokratik dəyərlərə, ənənələrə və təsisatlara hərtərəfli şəkildə yiyələnməsini fərz edən ictimai-siyasi sistem kimi demokratiyanın möhkəmlənməsi nəzərdə tutulur.
        Buna görə də adlarını çəkdiyimiz konsepsiyalar baxımından milli demokratikləşmənin “yekunları” barədə bəzən səslənən bədbin mühakimələr çox tələsik təsir bağışlayır. Aydındır ki, demokratikləşmənin bu cür “yekunları” qərəzsiz ola bilməz, çünki siyasi gündəlik hələ də milli demokratikləşmə prosesinin institusional bazasının yaradılmalı olduğu ilk dövrün vəzifələri ilə müəyyən edilir. Bu baxımdan hərtərəfli demokratikləşmə üçün 16 ilin kifayət qədər böyük müddət olmasını güman edənlərin dəlilləri tamamilə əsassız görünür. Latın Amerikasının bəzi ölkələrində demokratikləşmənin birinci mərhələsinin nə qədər uzun çəkməsi məlumdur. Məsələn, Braziliyada bu proses ötən əsrin 70-ci illərinin ortalarından həmin əsrin 90-cı illərinin ortalarına qədər uzanmışdır. İngiltərədə isə demokratiya təqribən 200 il ərzində qurulmuşdur.
        Demokratiyanın inkişafının həlledici amili səmərəli hüquqi və siyasi sistem yaradılmasıdır. Lakin demokratik proseduraların inkişafının dəyəri istər hüquqi qaydaya, istər bu qədər çətinliklər bahasına əldə edilmiş sabitliyə, istərsə də ölkədə həyata keçirilən iqtisadi xəttin davamlılığına zidd olmamalıdır. Həmin tezis həyata keçirilən siyasətin müasir vəziyyətini müəyyən edir. Bu siyasət belə bir həqiqətin dərk edilməsinə əsaslanır ki, güclü hakimiyyət dövlətçiliyin möhkəmliyinin rəhnidir. Hələ Hobbs qeyd edirdi ki, ayrı-ayrı şəxslərin cəmiyyətdə birgə həyatını mümkün edən formal qaydanı güclü dövlət hakimiyyəti yaradır. Belə bir hakimiyyətin yoxluğu anarxiya meyillərinə və dövlətin tənəzzülünə səbəb olur.
        Dövlət hakimiyyətinin möhkəmliyi isə bir çox cəhətdən iqtidarın cəmiyyətin müxtəlif təbəqələrinin mənafelərini müdafiə etmək, ictimai qüvvələrin tarazlığını qoruyub saxlamaq və insanlar birliyinə xas olan mülki, demokratik, özünüidarə meyillərinin mütərəqqi inkişafını təmin etmək qabiliyyəti ilə müəyyən olunur. Lakin əgər dövlət hakimiyyəti artıq cəmiyyət üçün işləmirsə, öz fəaliyyətini yalnız ayrı-ayrı qruplara, öz aparatına xidmət edilməsi ilə məhdudlaşdırırsa, o, bununla vətəndaşların dövlətdən və onun təsisatlarından təcrid olunmasına kömək edir, cəmiyyət ilə hakimiyyət arasında münaqişə üçün şərait yaradır. Prezidentin səyləri də həmin məsələnin həllinə yönəlmişdir və bu, Azərbaycanda vətəndaşların fəal iştirakını, cəmiyyət ilə iqtidar arasında dialoq üçün, yəni möhkəm güclü hakimiyyət yaradılması üçün mövcud imkanları təkmilləşdirməyə səy göstərildiyi barədə danışmağa əsas verir.
        Siyasi mədəniyyətin keyfiyyətcə transformasiyası ölkədə sabit siyasi sistem formalaşdırılmasının mühüm aspektidir. O, dövlət suverenliyinin təmin edilməsi amili, ölkədə iqtidarla əks-elita arasında qarşılıqlı münasibətlərin səmərəli modelinin qurulmasının bir elementi kimi çıxış edir, siyasi prosesin bütün aktorlarının iştirakını təmin edir və buna müvafiq olaraq siyasi və ictimai təsisatların inkişafına şərait yaradır. Digər tərəfdən, ölkənin öz mədəni oriyentasiyasının olmaması, xarici ölkələrin basmaqəlib qaydalarına kor-koranə riayət edilməsi labüd olaraq millətin öz simasını itirməsinə gətirib çıxarır. Siyasi mədəniyyət inkişafın məhz milli amilini eyniləşdirməli, ölkədə tam mənada siyasi dialoq yaranmasını təmin etməklə daxili siyasi diskussiyaların başlıca vəsiləsi olmalıdır. Bizim siyasi mədəniyyətimiz millətin innovasiya sıçrayışlarına və yeni texnoloji nailiyyətlərə hazır olmasını təcəssüm etdirməlidir.
        Son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti milli siyasi məkanın inkişaf vektorunun dəyişməsinə şərait yaratmışdır. Ölkədə iqtisadi və siyasi sabitləşmənin zəruri olması tezisi tədricən genişlənərək, vətəndaş cəmiyyəti strukturlarının yaradılması və təkmilləşdirilməsi tezisinə çevrilmişdir. Partiyaların və başqa siyasi təşkilatların mövcudluğuna və fəaliyyətinə sosial sifariş aşağı səviyyədə olduğuna görə, onlar cəmiyyətə qaynayıb-qarışmağa və yaxud latent şəkildə aradan qalxmağa başlamışdır. Birliklər, ittifaqlar və bloklar hakimiyyət uğrunda mübarizədə rəqabət aparmaq iqtidarında olmayan müxalifətçi siyasi təşkilatların hərtərəfli zəifliyini ört-basdır edən prosesin fasad hissəsinə çevrilmişlər. Belə bir daxili siyasi strukturda Prezident İlham Əliyevin siyasi konsepsiyasının əsas aspekti artıq demokratik transformasiya prosesini ən yaxın müddətdə başa çatdırmaq, vətəndaş cəmiyyətinin strukturları və təsisatlarının formalaşmasına başlamaq səyləri ilə eyniləşdirilən “sabitlikdən inkişafa doğru” tezisi əsasında qurulur. Çünki tamamilə aşkardır ki, liberal -demokratik nümunələrin ritorika səviyyəsində tanınması uğur qazana bilməz. Siyasətin ölçülüb-biçilmiş olması həmin nümunələri ictimai inkişafın tərkib hissəsinə çevirmək cəhdi ilə müəyyən edilir. Bununla bərabər, transformasiyalar zamanı yaranan hibrid formalardan uzaqlaşmağa çalışmaq, müasir həyatın modernləşməsinə əsaslanan demokratik bazis yaratmağı bacarmaq lazımdır. O (modernləşmə) isə tam mənada demokratik cəmiyyətin təşəkkülünün mümkünlüyünü müəyyən edir. Son illərdə Azərbaycanda həyata keçirilən dəyişikliklər siyasəti sosiomədəni nümunələrin yenidən transformasiya edilməsi üçün möhkəm təməl yaratmışdır. İndən belə demokratiya və onunla əlaqədar seqmentlər cəmiyyət tərəfindən nə isə yabançı və çətinliklə mənimsənilən dəyərlər kimi qəbul olunmur. Bu, kütləvi şüurun transformasiyasının əsas aspektidir və milli mənlik şüuruna ciddi təshihlər edir. Demokratiya təkcə fərdin azadlığı formasında təzahür etməyib, həm də “azadlıq” anlayışının təkmilləşdirilməsi, milli identikliyin arxetiplərinin və ən mühüm amillərinin transformasiyasının təmin edilməsi üçün bünövrə yaradır.
        Son illərdə ölkədə milli demokratikləşmənin aydın bazisi formalaşmışdır. Bu bazis hakim elita tərəfindən siyasi, iqtisadi və sosiomədəni gerçəkliyin aşağıdakı amillərinin başa düşülməsi ilə eyniləşdirilir:
        *şəxsiyyətin hüquq və azadlıqları dövlət-cəmiyyət qarşılıqlı münasibətlər horizontalının mühüm prioritet vəsiləsidir. Eyni zamanda, dövlətin şəffaf və demokratik rejim qurulmasına yönəlmiş modernləşmə xətti elə dəyərlər sistemini təcəssüm etdirir ki, orada vətəndaş keyfiyyətcə yeni aspektdə çıxış edir, onun hüquqlarının təmin edilməsi müasir demokratik inkişafın imperatividir. Bu tezisin əsasını Prezident İlham Əliyevin aşağıdakı fikri təşkil edir: “Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq”. (Azərbaycan Prezidenti İlham Əliyevin Yaponiyanın “Nikkey” (“Nixon Keydzay Simbun”) qəzetinin müxbirinə müsahibəsindən, 13 iyun 2007-ci il);

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH