Azərbaycan Dövlət İnformasiya Agentliyi

GƏLƏCƏYİN STRATEGİYASINI MÜƏYYƏNLƏŞDİRƏRKƏN: MODERNLƏŞMƏ XƏTTİ (3)

*demokratiya xətti Azərbaycan dövlətçiliyinin inkişafının əsas vektoru və milli inkişaf strategiyasının həlledici amilidir;
         *demokratiya və onun ardınca gələn liberallaşma vətəndaşa maksimum azadlıqlar verməklə, azadlıq ideyasının və səmərəli dövlətçilik konsepsiyasının birləşməsinin mahiyyətini müəyyən edir. Bununla bərabər, demokratiya dedikdə, hakimiyyət forması başa düşülür və bu baxımdan o, çoxluğun hakimiyyətinin legitimləşməsi haqqında təlimdir. Liberalizm isə hakimiyyətin hüdudlarını nəzərdə tutur;
        *ölkədə demokratikləşmənin və onun ardınca gələn liberallaşmanın ilkin şərtləriiqtisadi modernləşmə + mərhələli demokratikləşmə = vətəndaş cəmiyyətinin formalaşması prosesinin başlanğıcı sxeminin reallaşdırılmasını təmin edən mühüm iqtisadi dəyişikliklər nəticəsində yaranır. Bu, müasir dünya nizamının tələblərinə müvafiq olan yeni siyasi məkanın və iqtisadi modelin formalaşmasına yönəlmiş transformasiya dövrü siyasətinin real təcəssümüdür. Bu tezis Prezidentin belə bir fikri ilə də təsdiqlənir: “Azərbaycanda makroiqtisadi göstəricilər ən yüksək səviyyədədir və dünyada bunun analoqu yoxdur” (Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında nitqindən, 22 oktyabr 2007-ci il). İqtisadiyyatın inkişafı isə bütövlükdə ölkəni daha sabit demokratik quruluş həddinə yaxınlaşdırır;
        *ölkədə vətəndaş cəmiyyəti iqtisadiyyatın modernləşməsi, ictimai həyatın demokratikləşməsi, milli məkanın sistemli liberallaşmasıparadiqması gerçəkləşdikcə formalaşacaqdır. İlham Əliyev deyir: “Biz hesab edirik ki, regionumuzun gələcəyi cəmiyyətimizin nə dərəcədə uğurla müasirləşdirilməsindən asılı olacaqdır. Yəni demokratik islahatların inkişaf etdirilməsi, iqtisadi islahatların həyata keçirilməsi siyasi sistemin, cəmiyyətimizin müasirləşdirilməsi siyasətində daha fəal olmağımızdan asılı olacaqdır” (Prezident İlham Əliyevin “Fövqəladə Ukrayna dəyirmi masası” beynəlxalq investisiya forumunun birinci geniş iclasının açılışında nitqindən, 16 iyun 2005-ci il);
        *ölkədə demokratik transformasiyanın və vətəndaş cəmiyyəti qurulmasının əsası hərtərəfli azadlıq = güclü hakimiyyət formulunun başa düşülməsinə əsaslanır. Bu isə anarxik hərc-mərcliyi və qarmaqarışıqlığı istisna edir, səmərəli dövlətçilik qurulmasının başa çatdırılmasına şərait yaradır. Prezident İlham Əliyev bu tezisi yekunlaşdıraraq vurğulayır: “Məqsədimiz müasir güclü dövlət yaratmaqdır. İqtisadi cəhətdən güclü dövlət yaratmaq, sosial rifah cəmiyyəti qurmaqdır. İnsanları narahat edən bütün məsələləri həll etmək, azad cəmiyyət yaratmaqdır ki, insanlar rahat, gözəl yaşasınlar, rifah içində yaşasınlar” (Prezident İlham Əliyevin Qazax Olimpiya İdman Kompleksinin açılışında nitqindən, 30 may 2007-ci il);
        *XXI əsrdə bəşəriyyətin müasir inkişafının əsas aspekti olan qloballaşma daxili siyasi mühitin formalaşmasına mühüm təsir göstərir. Qlobal meyillərin gətirdiyi qərbləşmə davranış normaları və stereotiplərinin səmtini dəyişdirir, milli dövlətin suverenliyi anlayışını silib aparır. Buna görə də cəmiyyətin inkişafının xarici və daxili amilləri arasında tarazlıq yaratmaq bacarığı möhkəm və səmərəli dövlət sisteminin qorunub saxlanmasının mühüm elementidir. Prezident xatırladır: “Sosial ədalətin bərqərar olunması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması ölkə üçün həyati əhəmiyyət kəsb edir” (Prezident İlham Əliyevin Qobustan rayonunda nitqindən, 23 oktyabr 2007-ci il). Prioritet Qərb dünyasının (qərbləşməkdə olan dünyanın) müsbət cəhətləri nəzərə alınmaqla, suveren inkişafın əsası olan lokal sosiomədəni nümunələrə söykənməlidir. Azərbaycanda vətəndaş cəmiyyəti Qərb nümunələrini olduğu kimi tətbiq etməklə qurula bilməz. Sosiomədəni xüsusiyyətlərin, siyasətin və iqtisadiyyatın lokal amillərinin, milli “Mən” arxetiplərinin nəzərə alınması demokratik təsisatların və ənənələrin təkmilləşdirilməsində müəyyən daxili transformasiyalara şərait yaradacaqdır. Bu fikir Prezidentin söylədiyi aşağıdakı tezisə tam müvafiqdir: “Kortəbii şəkildə orada nə var, gəlin bunu Azərbaycanda da edək - bunu etmək olmaz. Orada bəzi şeylər var ki, onların bizə heç bir xeyri olmayacaqdır. Amma müsbət nə varsa, biz onu gətirməliyik, tətbiq etməliyik” (Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında nitqindən, 22 oktyabr 2007-ci il).
        Azərbaycanda demokratikləşmə prosesi artıq müəyyən yol keçmişdir. 1995-ci ildə ümumi hərc-mərcliyə və siyasi özbaşınalığa son qoyuldu, iqtisadi və siyasi islahatlar başlandı. O vaxtdan 12 il keçir. İspaniya 1995-ci ildə (diktatura devriləndən 20 il sonra) yetkin və sabit demokratiya ölkəsinə çevrilmişdir. Son illərdə Azərbaycan keçid dövrünün məsələlərini həll etmişdir və indi bu mərhələdən çıxır. Biz elə bir həddə çatmışıq ki, iqtidar ölkəni artıq yeni metodlarla idarə edir.
Oktyabr - 2008: güclü dövlət,
modernləşmiş iqtisadiyyat və azad vətəndaş
       
2008-ci il siyasi qərarlar qəbul ediləcək mühüm dövrdür və siyasi prosesin aktorlarının hər biri onun süjet dönüşlərindən bəhrələnəcəkdir. Retrospektiv baxımdan aydındır ki, bizi əvvəlki seçkilərdəkinə bənzər maraqlı siyasi savaş nümunələri gözləyir. Eyni zamanda, şübhə yoxdur ki, iqtidar seçkilərə yeni siyasi, iqtisadi və sosial təkliflərin çox mühüm ehtiyatı ilə getməyə hazırdır. 2008-ci ilin oktyabrına qədər bizi nələr gözləməsinin mahiyyətini və ölkə vətəndaşlarının siyasətin varisliyi və “yeni xəttin” davam etdirilməsi xeyrinə düzgün və səmərəli seçim edə bilmələri üçün bizim təkliflərimizin nədən ibarət olduğunu açıqlamağa çalışacağıq.
Əsası Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik təməlinə əsaslanmaqla Prezident İlham Əliyevin həyata keçirdiyi əsas məqsəd milli dövlətçiliyin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsindən ibarət idi. Ölkənin keçmiş iqtisadi gücünü və siyasi sabitliyi bərpa etmək, Yeni Dünya Nizamı çərçivəsində ölkənin regional və qlobal proseslərdə fəal iştirakını təmin etmək, xarici siyasətdə müdafiə konsepsiyasından hücum konsepsiyasına keçmək, ölkə üçün əhəmiyyətli olan bir sıra məsələlərə və problemlərə beynəlxalq təşkilatların biganə münasibətini aradan qaldırmaq lazım idi. Bundan əlavə, bir sıra məsələlər həll edilməli idi: iqtisadiyyatın intensiv modernləşməsinə başlamaq; 600.000 nəfəri iş yerləri ilə təmin etmək; orta sinfin formalaşmasının əsasını qoymaq; yüksələn xətlə inkişafı təmin etməklə milli iqtisadiyyatı liberallaşdırmağa başlamaq; ölkədə yoxsulluğu minimum səviyyəyə endirmək. Lakin məsələ bununla bitmirdi. Ölkənin intellektual gələcəyinə sərmayə qoymaq və 15.000 gəncin xaricdə təhsil alması yolu ilə intellektual mühitin formalaşması üçün bazis yaratmaq; ipoteka kreditləri verilməklə gənclərin mənzil probleminin həlli üçün şərait yaratmaq; 1200-dən çox məktəb tikmək; gənclərə arxalanmaqla, ölkədə demokratik rejim və vətəndaş cəmiyyəti formalaşmasının təsirli və səmərəli mexanizmini yaratmaq lazım idi.
        Regional və beynəlxalq səviyyələrdə vəzifələr bunlar idi: Qarabağ probleminin həllinə dair səyləri fəallaşdırmaq; xarici siyasi fəaliyyətin xarakterini dəyişmək; ölkənin mənafelərini daim lobbiləşdirmək və diasporu ümummilli məsələlər ətrafında birləşdirmək. Son dörd ildə Milli Ordunun müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə artmışdır. 2008-ci ildə Milli Ordunun büdcəsi bir milyard iki yüz milyon ABŞ dollarına bərabər olacaqdır. Hələ bu yaxınlaradək ölkə büdcəsinin on qat artırılmasının mümkünlüyü barədə fikirlərə tənqidi hücumlar eşitməli olurduq, lakin bugünkü vəziyyət Prezidentin 2003-cü ildə verdiyi vədlərin reallığını göstərdi.
        İndi Azərbaycan özünün yetkinlik imtahanının yeni mərhələsinə yaxınlaşır. Son illərdə təkcə meqapolisin deyil, bölgələrin də siması ciddi şəkildə dəyişmişdir. İctimai şüur postmodernist meyilləri latent şəkildə transformasiya edir və sonrakı illərdə bu meyillər gələcəyin strategiyasını müəyyən edəcəkdir. Lakin İlham Əliyevin daxili və xarici siyasət sahəsində fəaliyyətini hələ ciddi şəkildə və qərərsizliklə qiymətləndirmək lazımdır. İndi bunu etmək çətin deyil, hərçənd, bəzən səslənən tənqidlər real təhlil aparmağa mane olur. Lakin növbəti beş il üçün Prezident İlham Əliyevin fəaliyyətinin gündəliyi artıq indidən aydındır. Biz dəqiq və qəti proqnoz vermək iddiasında deyilik, lakin həmin gündəliyi ən ümumi şəkildə aşağıdakı yeddi əsas məsələ kimi ifadə etmək olar.
        Birincisi, iqtisadi sistemin sabitliyi labüd surətdə ictimai şüurun daha geniş demokratikləşməsinə doğru aparır. Son dörd ildən artıq müddətdə genişmiqyaslı iqtisadi tədbirlər kompleksinin həyata keçirilməsi əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsinə, vətəndaşların maliyyə imkanlarının artmasına şərait yaratmışdır və deməli, bu, hökmən cəmiyyət üzvlərinin davranış stereotiplərinin dəyişməsinə gətirib çıxaracaqdır, çünki J.J.Russonun yazdığı kimi, “insanları bir-birindən asılı vəziyyətə salmayan bərabərlik onlarda öz şəxsi həyatlarında yalnız şəxsi arzularını və iradələrini rəhbər tutmaq vərdişi və meyli yaradır. Həm özlərinə bərabər insanlarla münasibətlərdə, həm də şəxsi həyatlarında istifadə etdikləri tam müstəqillik... onlarda siyasi azadlıq anlayışı və ona sadiq qalmaq hissi formalaşdırır” (Вся политика. Хрестоматия. M., 2006, стр. 130).
        İqtisadi inkişafın bu mərhələdə formalaşdırılan modeli sonrakı dövrdə:
        1) - Azərbaycan cəmiyyətini iqtidar və müxalifətin konstruktiv rəqabət baxımından birgə mövcud olduğu yeni siyasi məkanın formalaşması məcrasına transformasiya edəcəkdir;
        2) - vətəndaş cəmiyyətinin bazisinin təşəkkülü mərhələsinin başa çatmasına imkan yaradacaqdır;
        3) - ictimai şüuru postindustrial dəyərlər məkanına keçirəcək ki, bu da fərdin cəmiyyətdə tutduğu yerin dəyişməsinə, “azad vətəndaş” anlayışının dərindən dərk edilməsinə, Azərbaycanda siyasətin məzmununun yeniləşməsinə kömək edəcəkdir.
        İkincisi, son illərdə ölkənin iqtisadi inkişafı dövlətimizin Cənubi Qafqazda regional lider rolunu möhkəmlətmək məqsədi daşıyırdı. Deməli, Azərbaycanın regionda aparıcı rola olan iddiaları davamlı müttəfiqlik münasibətləri sisteminin formalaşmasını tələb edir. Məlumdur ki, ən yaxşı müttəfiq sərfəli tərəfdaşdır. Buna müvafiq olaraq, müttəfiqlik gələcəyə sərmayələrin qoyulması deməkdir. Bir qayda olaraq, bu amil dərhal səmərə verməyən məsrəf amilidir, lakin o, strateji və perspektivli mehriban qonşuluq siyasətini formalaşdırmağın düzgün yoludur. Prezident İlham Əliyev tərəfindən bir sıra ölkələrə münasibətdə aparılan siyasətin davamı olaraq, sonrakı illərdə xarici siyasi fəallığın artırılması strategiyasının vektoru, çox ehtimal ki, Şərqə də yönəldiləcəkdir, çünki hamı bu fikri qəbul edir ki, Asiya-Sakit okean regionu XXI əsrin əsas siyasi hadisələrinin cərəyan edəcəyi meydana çevriləcəkdir. Bununla bərabər, Azərbaycan nəinki Avropanın enerji təhlükəsizliyi amili kimi çıxış etməyə, həm də Şərqdə təhlükəsizlik arxitekturasının formalaşmasının mühüm aspektinə çevrilməyə qabildir.
        Üçüncüsü, təbii ki, iqtisadiyyatın liberallaşması prosesi indiki mərhələdə get-gedə daha çox ölkəni əhatə edən qlobal dünya meyli xarakteri kəsb etmişdir. Bazar tənzimləməsi mexanizmlərinin təsiri üçün geniş fəaliyyət meydanı açılır. Dövlətin iqtisadiyyata inzibati formalarda, eləcə də birbaşa dövlət tənzimləməsi formalarında müdaxiləsi azalır. Təsərrüfat qanunvericiliyinin və mülki qanunvericiliyin qəbul edilməsi yolu ilə rəqabət mühitinin yaradılması və dəstəklənməsi, yeni özəl müəssisələrin yaradılmasının sadələşdirilməsi, orta və kiçik biznesin dəstəklənməsi dövlətin əsas funksiyasına çevrilir.
Milli iqtisadiyyatın liberallaşdırılması prosesi onun artım səviyyəsi ilə sıx bağlıdır. İqtisadiyyat inkişaf etdikcə, sabit iqtisadi sistemin formalaşmasının əsas amilləri dəyişdikcə şəffaflıq artacaq, həm daxili iqtisadi liberallaşma strategiyasının, - buraya milli iqtisadiyyatlar çərçivəsində dövlət müəssisələrinin özəlləşdirilməsi, sərbəst müəyyən edilən qiymətlər və gəlirlər, faiz dərəcələri, kreditlərin verilməsi şərtləri sahəsinin genişləndirilməsi aiddir, - həyata keçirilməsi, həm də xarici iqtisadi fəaliyyətin liberallaşmasının güclənməsi baş verəcəkdir. Sonuncu amil əmtəə və xidmətlərin, kapitalların və informasiyanın maneəsiz beynəlxalq hərəkətinin genişlənməsinə kömək edəcəkdir. Eyni zamanda, ölkəmiz Dünya Ticarət Təşkilatına daxil olarkən bu aspekt çox mühüm amil olacaq, çünki dünyada əmtəə və xidmətlər ticarətinin liberallaşdırılması gömrük maneələrinin, ölkələr arasında ticarətdə kəmiyyət məhdudiyyətlərinin aradan qaldırılması meylində təzahür edir.
 
        Cədvəl: Keçid iqtisadiyyatı ölkələrində islahatların ilkin strategiyasından asılı olaraq, həmin ölkələrin kateqoriyaları
 

Ardıcıl “böyük sıçrayış” strategiyası
İrəli çəkilmiş start/sabit tərəqqi
Yarımçıq qalmış “böyük sıçrayış”
Tədricən aparılan islahatlar
Məhdud islahatlar
Estoniya
Macarıstan
Albaniya
Azərbaycan
Belarus
Latviya
Sloveniya
Bolqarıstan
Ermənistan
Özbəkistan
Litva
Xorvatiya
Makedoniya
Gürcüstan
Türkmənistan
Çex Respublikası
 
Qırğızıstan
Qazaxıstan
 
Polşa
 
Rusiya
Ukrayna
 
Slovakiya *
 
 
Tacikistan
 
 
 
 
Rumıniya
 

 
* Slovakiyada sürətli iqtisadi islahatlar 1990-1992-ci illərdə, onun Çexiya və Slovakiya Federasiyasının tərkibinə daxil olduğu dövrdə aparılmışdır.
(http: //www.cato.ru/pages/69?idcat=442&parent_id=2)
       
        Dördüncüsü, son illərdə ölkədə milli ideyanın formalaşması üçün məkan yaranmışdır. Bu ideya təməli Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik konsepsiyalarına söykənir və müasir Azərbaycanın modernləşməsi xəttinə əsaslanacaqdır. Hələ vaxtilə Siseron yazırdı: “Əgər hər şeyə zəka və qəlb baxımından yanaşsaq, bütün ictimai əlaqələrdən bizim üçün ən mühümü, ən qiymətlisi dövlətlə olan əlaqələrimizdir. Valideynlərimiz bizə əzizdir, uşaqlarımız, qohumlarımız, yaxın dostlarımız əzizdir, lakin yalnız Vətən bütün insanların bütün bağlılıqlarını əhatə edir” (Цицерон. О старости. О дружбе. Об обязанностях. M., 1975). Bu baxımdan milli ideyanın əsas aspekti hər bir azərbaycanlının həyatında ən mühüm amil olan dövlətin birinciliyidir. Azərbaycan xalqının əsrlər boyu formalaşdırmış olduğu sosial-siyasi, əxlaqi-mənəvi və sakral dəyərlər - tarix, dil, mədəniyyət və submədəni amil kimi din məhz Azərbaycan və azərbaycançılıq anlayışlarında öz əksini tapır. Bu aspektlər - milli tarix, Azərbaycan dili, ənənələrə və mədəniyyətimizin özünəməxsusluğuna ehtiram, eləcə də dini tolerantlıq dünya siyasətinin suveren subyekti kimi, qlobal inteqrasiya dövründə ayrıca bir vahid kimi Azərbaycan dövlətçiliyinin bu gününü və gələcəyini formalaşdırır. Bütün bunlar getdikcə daha çox rəzil ehtiraslar oyununa çevrilən siyasəti canlandırmağa və estetikləşdirməyə, ona dərin məna kəsb etdirməyə imkan verən siyasət və mədəniyyəti birləşdirməyə kömək edir. Bu cür milli ideya milli birliyin bərpasına və təbii ziddiyyətlərin birləşdirilməsinə imkan verəcəkdir. “Millət dedikdə, dəyərlərin ümumiliyi, millətçilik dedikdə isə, bu dəyərlərin əhəmiyyətinin dərk edilməsi nəzərdə tutulur” (Moeller A. Das drite Reich. Hamburg, 1935).
        Beşincisi, son illər göstərir ki, Prezidentin vəzifəsi milli inkişafda intellektual irəliləyişə nail olmaqla, dövlətin siyasi suverenliyinin və davamlı iqtisadi rifahının təmin edilməsindən ibarətdir. Təhsilin beynəlmiləlləşməsi və qlobal rəqabət şəraitində intellektual səviyyənin daim artırılması və xidmətlər sahəsinin prioritet olması üçün zəruri şərait yaradılması son dərəcə vacibdir. Gündəlikdə duran ümdə məsələləri informasiya-kommunikasiya texnologiyalarının və nanotexnologiyaların diktə etdiyi müasir dünyada Azərbaycanın bu yarışda iştirak etmək üçün lazımi təməl yaratması zəruridir. Təhsil və elm lazımi səviyyədə olmasa, milli inkişafın perspektivləri və Azərbaycan dövlətçiliyinin davamlı inkişafı barədə düşünməyimiz çətin olacaqdır. Bu gün aşkar görünür ki, qarşıdakı illərdə İlham Əliyevin əsas vəzifəsi məhz millətin intellektual bazisinin yeniləşdirilməsi və genişləndirilməsindən ibarət olacaqdır. Bu bazis gələcək üçün inkişaf strategiyasını müəyyən edəcəkdir.
        Altıncısı, regional siyasətin müstəqil mərkəzi kimi bəyan edilmiş mövqeləri təsdiqləmək üçün lokal məsələlərin həllində və qlobal problemlərə geniş cəlb olunmaqda fəal diplomatiyadan istifadə edilməsi zəruridir. Təbii ki, son on beş ildə Qərb daha eqosentrik olmuşdur və başqalarının baxışlarını çətinliklə qəbul edir. Lakin siyasətin və diplomatiyanın ümumi böhranı konstruktiv təkliflər axtarmağı və beynəlxalq əhəmiyyətli proseslərdə dünya siyasətinin bütün subyektlərinin bərabər şəkildə iştirakını tələb edir. Çoxvektorluğun əsas üstünlüyü hər bir tərəfin təşəbbüskarlıq göstərə bilməsi üçün meydan yaradan geniş perspektivlərdir.
        Yeddincisi, dövlətin regional proseslərə təsiri ölkənin güclənməsi və onun müdafiə qabiliyyətinin təkmilləşdirilməsi ilə sıx bağlıdır. Məhz güclü ordunun olması Azərbaycanın bütün xarici siyasətinə sistemli şəkildə təsir göstərə bilər. Regionda ölkənin mövqelərinin möhkəmlənməsi, habelə Qarabağ münaqişəsinin həlli də milli hərbi sənaye kompleksinin hərtərəfli inkişafı şəraitində mümkün olacaqdır. Şübhə etmirik ki, qarşıdakı illər bu məsələnin həllinə həsr ediləcəkdir.
        Növbəti beş ildə lazım olan hər şey məsələlərə çevik yanaşmaqla mövqeyin möhkəmliyi kimi müəyyən edilə bilər. Vaxtilə Heydər Əliyev əsas funksiyanı yerinə yetirmişdir - dövlətçiliyi yaratmış və möhkəmləndirmişdir. İlham Əliyev öz Prezidentliyinin birinci müddətində ölkənin geoiqtisadi amilini irəlilətmək üçün əsas işi görmüşdür. Tam əminliklə demək olar ki, gələcəkdə o, ölkənin hərtərəfli modernləşdirilməsinə yönəlmiş tədbirlər kompleksini tam həcmdə həyata keçirəcəkdir.
        Mən bir neçə il bundan əvvəl dərc edilmiş məqalələrimdən birini Uinston Çörçilldən - tarixin gedişini qabaqlamaq, onun qlobal dönüşlərini öncədən görmək sahəsində böyük və qarşısıalınmaz gücə və qabiliyyətə malik olan siyasətçidən gətirdiyim bir sitatla tamamlamışdım. Ənənəyə sadiq qalaraq, bu məqaləni də ser Çörçillin Fultonda söylədiyi nitqdən bir sitatla tamamlamaq istərdim. Fulton nitqini seçməyim təsadüfi deyildir. Bu nitq Çörçillin ən mühüm və parlaq çıxışı hesab edilir, məhz həmin nitqdə ilk dəfə olaraq, “dünya əzələləri” və “xüsusi münasibətlər” kimi ifadələr işlədilmişdir. Elə həmin nitqdə ilk dəfə olaraq, Qərbi kommunizm təhlükəsindən qoruyan “dəmir pərdə” ifadəsindən istifadə edilmişdir.
        Təbii ki, tarixin gedişinin sürətləndiyi bir dövrdə, vaxtilə onilliklər boyu davam edən proseslərin indi cəmi iki-üç ilə başa gəldiyi şəraitdə pərdələr barədə danışmaq olmaz və lazım da deyil, çünki bu, bizim prioritet məqsədlərimizə və milli maraqlarımıza uyğun gəlmir. Lakin milli inkişafımız və bizi əhatə edən qlobal xarakterli proseslər bizi suverenlik və milli ruh barədə daha tez-tez düşünməyə vadar edir. Bu amillərin hər ikisi bizim inkişafımıza və irəliləməyimizə kömək edir, innovasiyalara meyil etməyimizi və novator təşəbbüslərimizi büruzə verir, Azərbaycan xalqının gələcəkdə hansı fikirlərlə və necə yaşayacağının mahiyyətini müəyyənləşdirir. Bu gün biz xoşbəxtik ki, suveren milli dövlətimiz var, inkişaf yolu barədə öz təsəvvürlərimizi nəzərə almaqla milli inkişaf strategiyasını müəyyənləşdirmək imkanımız var və bizlərdən hər biri azərbaycanlı olması ilə fəxr edir. Bütün bunlar birlikdə bu fani dünyada öz missiyamızı hər birimizə xatırlatmaq üçün sitat gətirmək istədiyim fikirlərlə həmahəngdir: “Siz ətrafınıza nəzər salarkən təkcə bəşəriyyət qarşısında öz borcunuzu yerinə yetirməyin deyil, həm də onun qeydinə qalmalısınız ki, çatdığınız səviyyədən aşağı enməyəsiniz... Qarşıda yeni parlaq perspektivlər və imkanlar açılır. Biz onlardan imtina etməklə, yaxud onlara məhəl qoymamaqla və ya onlardan tam istifadə etməməklə uzun müddət özümüzü bizdən sonrakı nəsillərin qınağına məhkum etmiş olardıq. Siyasəti müəyyənləşdirən və istiqamətləndirən fikirlərin ardıcıllığı, məqsədlərə çatmaq əzmi və qərarların möhtəşəm sadəliyi olmalıdır... Biz bu çətin vəzifənin öhdəsindən gəlməyə borcluyuq və mən şübhə etmirəm ki, bu, bizə müyəssər olacaqdır”.
Bakı, yanvar 2008-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır - RƏY

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

Şimali Kipr Prezidenti: Nikosiya BMT Baş katibinin adanı minalardan təmizləmək təklifini rədd edib

Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib

Fransada sosialistlər arasında narazılıq yaranıb, partiya rəhbərliyinin qarşısında şərt qoyulub

Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib