Gələn il qlobal neft istehlakı gündəlik 101,3 milyon barrelə yüksələcək
Bakı, 10 mart, AZƏRTAC
Qlobal neft istehlakı 2022-ci ildə 3,8 milyon barrel artaraq sutkada orta hesabla 101,3 milyon barrelə çatacaq.
AZƏRTAC xəbər verir ki, bu proqnozla ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) çıxış edib.
Bildirilir ki, qlobal neft tələbatı tədarükdən geri qaldığı üçün gələn il qiymətlərin də azalacağı proqnozlaşdırılır.
“OPEC və qeyri-OPEC ölkələri tərəfindən istehsal məhdudiyyətlərinin davam etdirilməsi, COVID-19 peyvəndinin daha geniş tətbiqi fonunda qlobal iqtisadi fəaliyyətlərin və neft tələbatının artması fevral ayında neft qiymətlərinin yüksəlməsinə səbəb olub. Peyvəndləmə nisbətləri, səyahət və məşğulluğun COVID-19-dan əvvəlki səviyyələrə qayıtması neft tələbatının bərpası sürəti kimi qeyri-müəyyən olaraq qalır. “OPEC+”un hasilat məhdudiyyətlərinə aprel ayından sonra da davam edib-etməyəcəyinə dair qeyri-müəyyənlik var. Xam neft qiymətlərinin artması “OPEC+”u hasilatı artırmağa təşviq edə bilər”, - deyə EIA-nın məlumatında qeyd olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]