Gənc ağırlıqqaldıranlarımız Xorvatiyada beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər
Bakı, 17 sentyabr, AZƏRTAC
Xorvatiyanın Split şəhərində Avropa Ağır Atletika Federasiyasının təşkil etdiyi beynəlxalq təlim-məşq toplanışı və elmi seminarı keçirilib. Azərbaycan da daxil olmaqla, 9 ölkə - Belçika, Sloveniya, Bosniya və Herseqovina, Polşa, Türkiyə, İtaliya, Rumıniya və Xorvatiyadan olan 40 idmançı və 15 məşqçi bir araya gəlib.
AZƏRTAC Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkəmizi toplanışda məşqçilər Nahid Vəliyev və Elnarə Abbasova, idmançılar Nurəddin Mehdiyev və Zəhra Niftəliyeva təmsil ediblər.
Beynəlxalq tədbirdə iştirak edənlər öz biliklərini paylaşıb, yeni biliklər əldə edib, beynəlxalq ekspertlər Kolin Bakli və Damyan Kanzekin nəzəri və praktiki mühazirə, seminarlarında, həmçinin Xorvatiya İctimai Səhiyyə İnstitutunda antidopinq seminarında iştirak ediblər. Toplanış gənc nəsil arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində böyük rol oynayıb.
Bağlanış mərasimində təmsilçilərimizə iştirakları ilə bağlı beynəlxalq sertifikatlar təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:32]
“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
- 09.06.2026 [19:57]
Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub
- 09.06.2026 [19:24]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]