GƏNC İSTEDADLARIMIZ BEYNƏLXALQ FESTİVALIN QALİBLƏRİDİR
Bişkekdə Qırğızıstan Prezidentinin xanımı Məryəm Akayevanın başçılıq etdiyi Meerim Fondu tərəfindən təşkil olunmuş “İstedad - 2002” beynəlxalq incəsənət festivalı başa çatmışdır. 34 ölkənin nümayəndələrinin iştirak etdikləri bu festivalda Azərbaycanı Dövlət Uşaq Filarmoniyasının solisti, vokalçıların respublika müsabiqəsinin laureatı 12 yaşlı Tofiq İsmayılzadə, 10 yaşlı xanəndə Yunis Kərimov, Zülfiyyə Sadıqova (piano), Şahin Əliquliyev (tar) və Elnur Mikayılov (kamança) təmsil etmişlər.
Azərbaycan uşaqlarının çıxışları böyük maraqla qarşılanmışdır. Münsiflər heyətinin yekdil qərarı ilə Azərbaycanın gənc istedadları festivalın qalibi elan olunmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:01]
Ankara aeroportunda təyyarə salonunda yanğın baş verib
- 05.06.2026 [13:29]
Tokayev: Qazaxıstanda iyulun 1-də yeni Konstitusiya qüvvəyə minir
- 05.06.2026 [13:09]
Avropada və ABŞ-də təbii qaz qiymətləri artıb
- 05.06.2026 [12:42]
Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub
- 05.06.2026 [11:53]