“GƏNC LİDERLƏR” UŞAQ TƏŞKİLATI HƏFTƏLİK SORĞUNUN NƏTİCƏLƏRİNİ AÇIQLAMIŞDIR
“Gənc Liderlər” Uşaq Təşkilatı “Mətbuata və ictimaiyyətə ən açıq mətbuat xidməti rəhbəri kimdir?” adlı sorğunun nəticələrini açıqlamışdır.
Təşkilatın sədri Fərid Şahbazlı AZƏRTAC-a bildirmişdir ki, sorğunun keçirilməsindən məqsəd ictimaiyyətlə sıx əlaqə quran mətbuat xidməti rəhbərini müəyyənləşdirməkdən ibarətdir.
F.Şahbazlı 5 dövlət qurumunun mətbuat xidmətinin daxil edildiyi sorğuda 156 nəfər media və QHT nümayəndəsinin iştirak etdiyini demişdir.
İştirakçılar 133 səslə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqələr bölməsinin rəisi, polkovnik-leytenant Vaqif Əsədovu ictimaiyyətə ən açıq mətbuat xidməti rəhbəri seçmişlər. İkinci ən böyük dəstəyi 22 səslə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı qazanmışdır.
Qaliblər təşkilat tərəfindən fəxri diplomla mükafatlandırılacaqlar.
Təşkilat növbəti sorğuda uşaq hüquqlarına ən çox diqqət ayıran Milli Məclisin deputatlarını müəyyənləşdirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]