Gənc sərbəst güləşçilərimiz Avropa çempionatında iştirak etmək üçün Romaya yola düşəcəklər
Bakı, 31 iyul, AZƏRTAC
İtaliyanın paytaxtı Romada güləş üzrə gənclər arasında Avropa çempionatı keçirilir. Çempionatın sonuncu günlərində - avqustun 3-dən 5-dək mübarizə aparacaq sərbəst güləşçilərimiz avqustun 1-də bu ölkəyə yola düşəcəklər.
Bu barədə AZƏRTAC-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Məşqçilər Rövşən Hacıyevin və Nazim Əlicanovun rəhbərliyi ilə çempionatda iştirak edəcək yığmamızın heyətində 10 güləşçi yer alıb.
Qitə birinciliyində ölkəmizi Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Elmar Kazımov (65 kq), Hacımurad Hacıyev (70 kq), İsmayıl Abdullayev (74 kq), Orxan Abbasov (79 kq), İslam İlyasov (86 kq), Asxab Həmzətov (92 kq), Alimaqomed Alixmoyev (97 kq) və Rahid Həmidli (125 kq) təmsil edəcəklər.