Gəncə diaqnostika mərkəzində Yeni Azərbaycan Partiyasının ilk təşkilatı yaradılmışdır
Gəncə, 7 may (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Gəncədəki müalicə-diaqnostika mərkəzində Yeni Azərbaycan Partiyasının ilk təşkilatı yaradılmışdır.
Bu münasibətlə keçirilən yığıncaqda YAP Gəncə şəhər təşkilatının sədri İsrafil İsmayılov, Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsin Yeni Azərbaycan Partiyası ilk təşkilatının sədri Heydər Ələsgərov və başqaları çıxış edərək partiyanın yaranma tarixindən, fəaliyyətindən və qazandığı uğurlardan danışmışlar.
Yığıncaqda Gəncə müalicə-diaqnostika mərkəzində Yeni Azərbaycan Partiyasının 12 nəfər üzvünün olduğu diqqətə çatdırılmış, daha 48 nəfərin isə bu partiyaya üzv olmaq üçün müraciət etdiyi və buna görə də burada partiyanın ilk təşkilatının yaranmasının zəruriliyi bildirilmişdir. Təklif müzakirə edilərək qəbul olunmuş və təsis konfransı keçirilmişdir. Konfransda Rauf Yəhyayev Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının Gəncə müalicə-diaqnostika mərkəzi ilk təşkilatının sədri seçilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]