GƏNCƏDƏ CÜDO TURNİRİ KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, YUNESKO 2005-ci ili bədən tərbiyəsi və idman ili elan etmişdir. Bununla bağlı Gəncədə 10 rayonu təmsil edən 1991-92-ci il təvəllüdlü yeniyetmə idmançılar arasında cüdo üzrə respublika turniri start götürmüşdür.
İki gün davam edəcək turnirin gedişində tanınmış cüdo mütəxəssisləri gənc və perspektivli məşqçilərlə seminar keçirəcəklər.