GƏNCƏDƏ ƏHALİNİN SAYI ARTMIŞDIR
Gəncə, 1 fevral (AZƏRTAC). Ötən il ərzində Gəncədə təbii artım hesabına əhalinin sayı xeyli çoxalmışdır.
Gəncə Statistika İdarəsindən verilən məlumatda deyilir ki, 2008-ci ildə şəhərin əhalisi 312 min 69 nəfər olduğu halda, 2009-cu ildə bu rəqəm 314 min 60 nəfərə çatmışdır. Şəhər əhalisinin 48,2 faizini kişilər, 51,8 faizini qadınlar təşkil edir.