GƏNCƏDƏ QANUNSUZ SAXLANAN SİLAH-SURSAT AŞKAR EDİLMİŞDİR
Son günlər Gəncə şəhər polis idarəsinə daxil olmuş telefon zəngləri əsasında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərin müxtəlif yerlərində gizlədilmiş xeyli qanunsuz silah-sursat aşkar edilmişdir. Gəncə şəhər polis idarəsi rəisinin müavini Çoban Hüseynovun AZƏRTAC-ın müxbirinə verdiyi məlumata görə, silahların arasında bir ədəd avtomat, bir neçə tapança, əl qumbaraları və xeyli sayda müxtəlif çaplı güllələr vardır. Faktla bağlı cinayət işi açılmış və onu gizlədənlər barəsində operativ axtarış tədbirlərinə başlanılmışdır. Hazırda həmin silahların əvvəllər hər hansı bir cinayətdə işlədilib-işlədilmədiyi araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:40]
Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib
- 06.10.2026 [13:50]
BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir
- 06.10.2026 [13:19]
Fransa yüksək faizlərin təzyiqi altındadır
- 06.10.2026 [13:17]
Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək
- 06.10.2026 [13:09]