Gəncədə şəhid ailələrinin qadın üzvləri üçün bayram tədbiri keçirilib
Bakı, 7 mart, AZƏRTAC
Martın 7-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Gəncə şəhərində 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrinin xanım üzvləri üçün bayram tədbiri keçirilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, şəhid ailələrinin xanım üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Rəfi Qurbanov ölkəmizin bütün qadınlarını 8 Mart-Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib və Azərbaycan qadınının milli və mənəvi dəyərlərin əsas təminatçısı kimi çıxış etdiyini, soykökünə bağlı vətənpərvər insanların yetişməsində əvəzsiz əməllərinin olduğunu diqqətə çatdıraraq, dövlətin hər zaman onların yanında olduğunu ifadə edib.
Daha sonra 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr edilmiş bayram tədbiri bədii hissə ilə davam edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [21:39]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [20:11]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:01]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [19:59]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [18:42]