Gəncədə sənaye partlayıcılarının istehsalını həyata keçirəcək zavod açılacaq
Bakı, 6 iyul, AZƏRTAC
Yaxın gələcəkdə Gəncə şəhərində qabaqcıl innovativ texnologiyaların tətbiqi ilə sənaye partlayıcılarının istehsalını həyata keçirəcək zavodun inşası planlaşdırılır. Sözügedən şirkətin fəaliyyəti daimi iş yerlərinin açılmasına, dağ-mədən sənayesinin yan sahələrinin və qeyri-neft sektorunun inkişafı, o cümlədən ixracın şaxələndirilməsinə xidmət edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “AzerGold”un 5 illik fəaliyyətinə dair açıqlamasında QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
“AzerGold”un cari ildə təsis edilən ikinci törəmə şirkəti “AzerBlast” Məhdud Məsuliyyətli Cəmiyyəti isə sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşıb. Şirkətin yaradılmasında məqsəd xüsusilə dağ-mədən və tikinti sənayesində istifadə edilən mülki partlayıcı maddələrə olan daxili tələbatın ödənilməsi və idxaldan asılılığın aradan qaldırılmasıdır”, - deyə İdarə Heyətinin sədri diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]