Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb
Gəncə, 12 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən sonuncu tədbir zamanı şəhər ərazisində dilənçiliklə məşğul olan 25 nəfər saxlanılaraq ərazi üzrə polis şöbələrinə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılaraq, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib. Analoji tədbirlər bundan sonra da davam etdiriləcək.