Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəncədə “Xalq Cümhuriyyətinin varisləriyik” devizi altında silsilə tədbirlər həyata keçirilib

Gəncə, 26 may, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin birinci paytaxtı olmuş Gəncə şəhərində müsəlman şərqində ilk parlamentli respublikanın yaranmasının yüz illiyi münasibətilə “Xalq Cümhuriyyətinin varisləriyik” devizi ilə silsilə tədbirlər keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Azərbaycan və Türkiyə respublikaları Müdafiə nazirliklərinin, Gəncədəki diplomatik korpusların rəsmiləri, ətraf şəhər və rayonların, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarətlə başlanan tədbir “Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi”ni tanışlıqla davam etdirilib.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabinetinin fəaliyyət göstərdiyi binada yaradılmış və yubiley ərəfəsində yenidən qurulmuş muzey zəngin ekspozisiyaya malikdir. Burada Cümhuriyyətin qurucuları, onun fəalları haqqında ətraflı məlumat verilir, AXC-nin yaranmasının XIX əsrin sonu və XX əsrin əvvəllərində ölkəmizdə və dünyada gedən ictimai-siyasi proseslərin, Azərbaycan xalqının milli özünüdərkinin, oyanışının məntiqi nəticəsi olduğu foto, sənəd və digər arxiv materiallarında əks etdirilir. Muzeydə Xalq Cümhuriyyətinin ilk qurucularından olan Nazirlər Kabinetinin rəhbəri, Baş nazir Fətəli Xan Xoyskinin iş otağı, şəxsi əşyaları böyük maraq oyadır.

Muzeydə Azərbaycan-Türkiyə qardaşlığının rəmzinə çevrilmiş Nuru Paşanın Gəncəyə gəlişi, Qafqaz İslam Ordusunun yaranması, formalaşması, qətliamlar törədən ermənilərin tərksilah olunması uğrunda döyüşlərdə mehmetcikin şəhadətə çatması və Gəncədə ilk olaraq Azərbaycan torpağına əmanət edilməsi, Gəncədən Bakıya xilaskarlıq yürüşü, Gəncə oğullarının və Vətənimizə qardaş köməyinə gəlmiş türk ərənlərinin şücaət nümunələri barədə ətraflı məlumat verilir. Azərbaycan Xalq Cümhuriyyəti ordusunun döyüş bayrağı, süvari və piyada geyimləri göz oxşayır.

Son iki salonda isə ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AXC barədə fikirləri və onun fəaliyyətinə verdikləri yüksək qiymət öz ifadəsini tapıb.

Türkiyə milli müdafiə nazirinin müavini Şuay Alpay muzeydə babası Qaçaq Məhəmmədqasım bəyə həsr olunmuş xüsusi guşəni seyr edərkən duyğulu anlar yaşayıb.

Onun babası əslən Samux rayonundandır. Azərbaycan Xalq Cümhuriyyətinin fəal üzvlərindən biri olub. 1920-ci ildə bolşeviklərin Azərbaycanı işğalı zamanı Gəncənin müdafiəsində böyük fədakarlıqlar göstərib. Gəncə üsyanının igid döyüşçülərindəndir. Azərbaycanın işğalından sonra da o, silahını yerə qoymayıb və bir dəstə Gəncə qəhrəmanı ilə dağlara çəkilərək mübarizəsini davam etdirib. 1932-ci ildə Türkiyəyə mühacirət edib. Vətəndən uzaqlarda da Azərbaycanın nə vaxtsa müstəqilliyinə yenidən qovuşacağına inanıb və bu inamla da həmin günü səbirsizliklə gözləyib.

Qaçaq Məhəmmədqasımın nəvəsi Şuay Alpay babasından yadigar qalmış fotonun əslini muzeyə hədiyyə edib və rəy-təkliflər kitabına ürək sözlərini yazıb.

Sonra tədbir iştirakçıları Azərbaycan Dövlət Aqrar Universitetində tariximizin cümhuriyyət dövrünə həsr olunmuş guşə və stendlərə baxıb, Gəncə Dövlət Filarmoniyasının yeni binası ilə tanış olub, şəhərin görməli yerlərini gəziblər.

Heydər Əliyev park-kompleksinin amfiteatrında Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbaninin layihəsi, ssenarisi və rejissorluğu əsasında hazırlanmış “Xalq Cümhuriyyətinin varisləriyik” adlı teatrlaşdırılmış, kinolaşdırılmış kütləvi vətənpərvərlik tamaşası təqdim olunub.

On minə yaxın Gəncə sakininin, hərbi qulluqçuların və qonaqların izlədiyi tamaşanın leytmotivini Ulu Öndərimizin “Mən bu gün qürurla deyirəm ki, biz Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli və layiqli varisiyik... Biz tarixdən ibrət götürməliyik” və Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələri bu gün də yaşayır və müasir Azərbaycan onun hüquqi varisidir” fikirləri təşkil edir.

Tamaşa boyu Xalq Cümhuriyyətinin qısa, lakin şərəfli fəaliyyət yolu bədii formada təqdim olunub. Cümhuriyyət qurucularının, o cümlədən Fətəli Xan Xoyskinin, Mustafa bəy Topçubaşovun, İstiqlal şairlərimiz Əhməd Cavadın, Məhəmməd Hadinin obrazları canlandırılıb.

Tamaşaçılar ilk hərbiyyə nazirimiz Səməd bəy Mehmandarovun və onun müavini Əliağa Şıxlinskinin, süvari və piyadaların Cümhuriyyət Ordusunun döyüş bayrağı altında meydana daxil olmasını ayaq üstə, alqışlarla qarşılayıblar.

Aparıcılar Qaçaq Məhəmmədqasım bəyin uzun illərin ayrılığından sonra Vətənə, Xalq Cümhuriyyətinin yüz illik yubileyinə gəldiyini bildirəndə alqış səsləri səngimək bilməyib. Tamaşaçılar onun qiyafəsində aktyoru səhnədə görəndə qədəmlərinə gül-çiçək səpiblər.

Qaçaq Məhəmmədqasım bəy 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etdiyi xəbərindən ruhunun şadlandığını və bu gün də erməni təcavüzkarlarına qarşı, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz ruhu ilə döyüşməyə hazır olduğunu bəyan edib.

İgid döyüşçünün nəvəsinin mərasimdə olduğunu eşidən tamaşaçılar Şuay Alpaya öz sevgi və məhəbbətlərini bildiriblər. Gözlənilməz bu təqdimatdan təsirlənən hörmətli qonaq səhnəyə dəvət olunub.

Şuay Alpay Azərbaycana, Azərbaycan xalqına, baba ocağına salamlarını yetirib. Azərbaycanın uğurlarından qürur duyduğunu dilə gətirib, bu gün həyatının ən xoşbəxt anını yaşadığını qeyd edib. O, bir millət, iki dövlətin, sevinci və kədəri bir olan Azərbaycan və Türkiyə xalqlarının dostluğunun, qardaşlığının bundan sonra da daimi və sarsılmaz olacağına əminliyini bildirib. Azərbaycan Ordusunun bu gün regionun ən güclü ordusu olduğundan fərəh hissi keçirdiyini deyib.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dəvəti məmnuniyyətlə qəbul edərək tədbirə şərəf gətirən Şuay Alpayı Müdafiə Nazirliyinin rəhbərliyi adından salamlayıb, ona xoş arzularını bildirib.

Sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Şuay Alpayın Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında səmərəli xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti adından “Hərbi əməkdaşlığa görə” medalı ilə təltif olunması barədə əmri oxunub. Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev medalı əziz qonağa təqdim edib.

Tamaşada Azərbaycanın son yüz il ərzində, xüsusilə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi otuz ildən çox dövrdə ölkənin iqtisadi, siyasi, mədəni həyatında eləcə də, ordu quruculuğu sahəsində qazandığı nailiyyətlərdən söhbət açılıb, Prezident İlham Əliyevin müstəsna xidmətləri qeyd olunub. Dövlətimizin başçısının son 15 ildə 17 dəfə Gəncədə olduğu nəzərə çatdırılıb.

Videogörüntülərdə Gəncənin dinamik sürətlə inkişaf etdiyi, quruculuq-abadlıq işlərinin geniş vüsət aldığı əks olunub.

Tamaşaçılar sonda builki Prezident seçkilərində yenidən uğur qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin müraciətini hərarətlə qarşılayıblar: “Biz hamımız çalışmalıyıq ki, bundan sonra da ölkəmizi gücləndirək... Biz müstəqil ölkəyik, güclü ölkəyik. Biz tutduğumuz yolla gedirik. Əminəm ki, bu yol Azərbaycanı daha xoşbəxt gələcəyə çatdıracaq”.

Kütləvi tamaşada Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Mahnı və Rəqs Ansamblı, Gəncə Dövlət Dram və Kukla teatrlarının, Gəncədəki dövlət universitetlərinin, kolleclərin, musiqi məktəblərinin kollektivləri, gənc əsgərlərin xoru, Xalq artistləri Samir Cəfərov, Pərvanə Qurbanova, Alim Məmmədov, Aybəniz Haşımova, Əməkdar artistlər Cahangir Qurbanov, Ramil Qasımov, Ramiz Vəliyev, Sevda Orucova və başqaları iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir