Gənclər arasında Avropa çempionatında Yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar
Bakı, 31 iyul, AZƏRTAC
Romada güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, çempionatda güləşin hər üç növü üzrə yığma komandalarımızın üzvləri qatılıblar.
Yarışın ikinci günündə 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar. Məhəmmədəli Həsənov (67 kq) Çexiya və Moldovadan, Ülvi Qənizadə (72 kq) isə Ukrayna, Litva və Ermənistandan olan rəqiblərini üstələyərək yarımfinala vəsiqə qazanıblar. Yarımfinalda hər iki güləşçimizin rəqibi Gürcüstan idmançıları olacaq. Məmmədəli Coni Xetsuriani ilə, Ülvi isə Nikoloz Tçikaidzeyə qarşı mübarizə aparacaq.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Elman İsmayılov təmsil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]