GƏNCLƏR GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, fevralın 2-də Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsində Gənclər günü münasibətilə tədbir keçirilmişdir.
Respublika mədəniyyət, idman, KİV qurumları həmkarlar təşkilatlarının fəal gənclərinin dəvət olunduğu tədbirdə 2005-ci ildə görülən işlərə nəzər salınmış, qazanılan uğurlar qeyd edilmişdir.
Rəyasət heyətinin qərarı ilə təltif edilən gənclərə “Fəal ictimaiyyətçi” Diplomu və hədiyyələr təqdim olunmuşdur.