GƏNCLƏR HƏRBİ HİSSƏDƏ OLMUŞLAR
Daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı general-leytenant Zakir Həsənov rəhbərlik etdiyi qurumun tarixi, görülmüş işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat vermişdir. O, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin Azərbaycanın Silahlı Qüvvələrinin tərkib hissələrindən olan Daxili Qoşunların təkmilləşdirilməsinə, professional hazırlığının yüksəldilməsinə daim diqqət və qayğı göstərdiyini vurğulamışdır.
Bildirilmişdir ki, gənclərdə vətənpərvərlik hissini yüksəltmək üçün belə mövzularda tədbirlər tez-tez təşkil olunur.
Gənclər şəxsi heyətin nümunəvi çıxışları, daxili qoşunlarda istifadə edilən silah və texnika ilə, xidməti at və itlərin saxlandığı yerlərlə, eləcə də əsgər yataqxanası ilə tanış olmuşlar.
Görüşdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov, Milli Məclisin deputatı Fuad Muradov, müxtəlif gənclər təşkilatlarının nümayəndələri, ali təhsil müəssisələrinin tələbələri və orta məktəb şagirdləri iştirak etmişlər.