Gənclər təşkilatlarının PR menecerləri üçün növbəti təlim təşkil olunub
Bakı, 20 aprel, AZƏRTAC
Medianın İnkişafı Agentliyi, Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə təşkilatçılığı ilə həyata keçirilən "Gənclər təşkilatlarında media ilə işin effektiv təşkili üzrə bacarıqların artırılması” layihəsi çərçivəsində gənclər təşkilatları üçün növbəti təlim təşkil edilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Əməkdar artist, teleaparıcı Nərgiz Cəlilovanın iştirakı ilə keçirilən təlim zamanı gənclər təşkilatlarının PR menecerləri ilə birlikdə uğurlu nitq normaları, informasiyanın düzgün çatıdırılması yolları, natiqlik kimi mövzular ətrafında interaktiv müzakirələr aparılıb, həmçinin praktiki məşqlər həyata keçirilib.
Görüş iştirakçıların ünvanladığı sualların cavablandırılması ilə yekunlaşıb.